SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Əkbər Hacıyev 14 nazirliyə bata bilmir, xalqa “terror” yaşadır - Dəhşətli rəqəmlər

Əkbər Hacıyev 14 nazirliyə bata bilmir, xalqa “terror” yaşadır - Dəhşətli rəqəmlər

Tarix:

4-10-2017, 10:06

/ 64 622 dəfə oxundu.
Əkbər Hacıyev 14 nazirliyə bata bilmir, xalqa “terror” yaşadır - Dəhşətli rəqəmlər

“Azəriqaz” İB tərəfindən əhali sektoru üzrə satılan qazın dəyəri tam yığılmaqla aprel ayı ərzində 664 min manat, may ayı ərzində 5257 min manat, iyun ayı ərzində isə 3538 min manat debitor borc yığılıb
399 abonentə məhkəmə iddiası qaldırılıb. Təbii qazdan istifadəyə görə yaranmış borcun ödənişini təmin etməyən 66 624 abonentin qaz təminatı dayandırılıb.
14 nazirlik və 12 digər büdcə təşkilatları üzrə 32,302 mln. manat borcun ödənilməsi üçün həmin təşkilatlara rəsmi müraciət olunub.
96 müəssisəyə məhkəmə iddiası qaldırılıb. Amma həmin 14 nazirliyin qazı kəsilməyib. Elə ki, abonentin borcu yaranır evini buz bağlayır.
“Azəriqaz” rəhbəri Əkbər Hacıyevin 14 nazirliyin qazını kəsməyə gücü çatmır, amma 66, 624 abonenti qaz üzünə həsrət qoyub. Bu rəzalətdir və biabırçı statistikadır.
Bəs niyə həmin nazirliklər ödəniş eəmir? Nə üçün o nazirliklərin adları açıqlanmır? Vətəndaşı qış gələr-gəlməz qazsız qoyan, aşağı təzyiqlə evləri qazla təmin edən Ə.Hacıyevin qurumu nazirliklərə bata bilmir.
Hər il "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin "Azəriqaz" İstehsalat Birliyinə olan 3 milyon manat borcunu ödəməməsi səbəbindən vətəndaşlar evlərdə, şagirdlər məktəbdə, azyaşlı uşaqlar bağçalarda üşüyürlər.
Vəziyyət o yerə çatıb ki, paytaxt məktəblərində şagirdlər dərs zamanı palto, gödəkcə ilə oturmağa məcburdur.
Bağçalarda körpələr donmasın deyə, valideynlər öz aralarında vəsait toplayaraq qızdırıcı almağa məcbur olub.
Hələ müalicə üçün xəstəxanalara üz tutan və burada soyuq otaqlarda əlavə xəstəlik tapanları demirik.
Bu yaxınlarda Dövlət Statistika Komitəsindən verilən məlumatına görə, 2016-cı il ərzində 144,4 milyon kub metr təbii qaz itkiyə gedib.
Bu, kiçik rəqəm deyil, hətta çox böyük rəqəmdi. Bunun əhaliyə satılan qazın orta qiyməti ilə hesablasaq təxminən 32 milyon manat, maya dəyəri ilə hesablasaq, təxminən 6 milyon manat edir.
Bu baxımdan “Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyevin ötən il cəmi 2,6 mln. manatlıq qaz itkisi olması barədə rəqəmi maraq doğurur. Bu bu yaxınlarda Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmdən dəfələrlə azdır.
Belədə ya Statistika Komitəsinin, ya da Əkbər Hacıyevin ictimaiyyətə yalan məlumat verdiyini söyləmək olar.
Nəzərə alsaq ki, Statistika Komitəsinin aşıqladıığ rəqəm rəsmi auditin nəticələrinə əsaslanır, Əkbər Hacıyevin məlumatının doğru olmadığını söyləmək olar.
Xatırladaq ki, “Azəriqaz” İstehsalat Birliyinin (İB) qaz təchizatı şəbəkəsində itkilərin yaranma səbəbi müstəqil audit şirkəti olan EY (Ernst and Young) tərəfindən araşdırılıb.
Tərtib olunmuş yekun arayışda itkilərin yaranmasının əsas səbəbi kimi köhnələn qaz şəbəkəsində yaranan qaz sızmaları göstərilib.
Maraqlıdır ki, məlumatı “Azəriqaz” İB də təsdiqləmişdi. Qurumun rəsmi məlumatında bildirilirdi ki, qaz itkiləri əsas etibarı ilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində yaranır.
Görünür ictimaiyyətin məsəıləyə belə reaksiya verməsi “Azəriqaz” İstehsalat Birliyinin rəhbərinin itki ilə bağlı rəqəmdə “düzəlişlər” etməsinə səbəb olub. Nəticədə itki ilə bağlı rəqəm dəfələrlə azaldılıb.
Nəzərə alsaq ki, bəzi obyektlərə satılan qaz itki kimi yazılır, onda “Azəriqaz” İstehsalat Birliyinin əvvəl və indi açılqladığı rəqən arasında təxminən 30 milyonluq fərqin meydana çıxdığını söyləyə bilərik.
Maraqlıdır indi əgər itkinin cəmi 2,6 milyon manat olduğu bildirilirsə, əvvəlcə bəyan olunan 144,4 milyon kub metr təbii qaz itkisinə dair rəqəm yalanmıydı?

Şərhlər

XƏBƏR LENTİ