SON DƏQİQƏ
XalqXeber.Az » Mədəniyyət » Azərbaycanda teatr direktoru vəfat edib

Azərbaycanda teatr direktoru vəfat edib

Tarix:

2-10-2017, 17:42

/ 79 696 dəfə oxundu.
Azərbaycanda teatr direktoru vəfat edib

Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Gəncə Dövlət Kukla Teatrının direktoru Fətəliyev Bayram Aprel oğlu 2017-ci il sentyabr ayının 30-da 58 yaşında vəfat edib.
B.Fətəliyev 1975-1979-cu illərdə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsini bitirmişdir. 1991-ci ildə Gəncənin Kəpəz rayonu Kitabsevərlər Cəmiyyətinin məsul katibi vəzifəsində çalışmışdır. 1991-ci ildən Gəncə Dövlət Kukla Teatrının direktorudur.
Bu illər ərzində teatrın yaradıcılıq simasının formalaşması, teatra istedadlı gənclərin cəlb olunması istiqamətində dolğun fəaliyyət göstərmişdir. Məhz B.Fətəliyevin rəhbərliyi ilə teatrda M.F.Axundzadənin «Xırs quldurbasan», N.Gəncəvinin «Xeyir və şər», S.S.Axundovun «Qaraca qız», A.Şaiqin «Fitnə», Ü.Hacıbəylinin «O olmasın, bu olsun» və başqa tamaşalar hazırlanmışdır. Bu tamaşalarla Gəncə Dövlət Kukla Teatrı 1994-cü ildə Qazaxıstanın Almatı şəhərində keçirilmiş Şərq Xalqları Beynəlxalq Kukla Teatrları Festivalında, 1996-cı ildə Gürcüstanın Kutaisi şəhərində keçirilmiş Birinci Beynəlxalq Kukla Teatrları Festivalında, 1999, 2001 və 2003-cü illərdə Türkiyənin İzmir şəhərində keçirilmiş Kukla və Kölgə Oyunları Beynəlxalq Teatr Festivalında, 2001-ci ildə Türkiyənin Bursa şəhərində keçirilmiş Qaragöz Kukla və Kölgə Teatrları Beynəlxalq Festivalında, 2005 və 2009-cu illərdə Bolqarıstanın Torqoviş və Plovdiv şəhərlərində keçirilmiş Beynəlxalq Kukla Teatrları Festivalında Azərbaycan Respublikasını layiqincə təmsil etmişdir.
B.Fətəliyev Gəncə şəhərinin mədəni həyatında da yaxından iştirak edirdi.
İstedadlı təşkilatçı, gözəl insan Bayram Fətəliyevin işıqlı xatirəsi onun dostlarının, yaradıcı ziyalıların qəlbində qalacaqdır.
Allah rəhmət eləsin!

Şərhlər

XƏBƏR LENTİ