SON DƏQİQƏ
XalqXeber.Az » Mədəniyyət » Bayrama sağlığında kəfən geydirənlər...

Bayrama sağlığında kəfən geydirənlər...

Tarix:

29-09-2017, 11:30

/ 90 028 dəfə oxundu.
Bayrama sağlığında kəfən geydirənlər...

Xəzər telekanalında verilişlərdən birinin qonağı olan Müşfiq Şahverdiyev bu yaxınlarda faciəvi şəkildə dünyasını dəyişən meyxana ustadı Bayram Kürdəxanılı barədə maraqlı faktı açıqlayıb.
Gənc aktyor baş rolunu oynadığı "Gizlənpaç" komediya filmi barədə danışarkən Bayramı xatırlamadan keçməyib. Belə ki, Müşfiq həmin filmdə rol alan Bayram Kürdəxanlının çəkilişlərə dəvəti və digər maraqlı faktı açıqlayıb: "Filmdə mən gedib o dünyaya düşürəm. O dünyada Hitlerlə, Eynteynlə qarşılaşıram. Birdən Bayram Kürdəxanılını da görürəm. Deyirəm "Siz Bayram Kürdəxanılı deyilsiniz?! Siz sağsınız, burada neynirsiniz?" O filmdən 1 il sonra Bayram oranın daimi sakini oldu. Allah rəhmət eləsin. Amma onu deyim ki, biz Bayramdan razılıq alana kimi çox əziyyət çəkdik. Film üçün zəng edib, görüşdük. Apardı bizi çay içməyə, indi aparmasın. Dedik belə bir film var, səni orada görmək istəyirik.
Müşfiq cümləsini yarımçıq qoyaraq, diqqəti başqa məsələnin üzərinə yönəldib: "O çəkilişlərlə bağlı bir şey yadıma düşdü. Tüklərim biz-biz oldu. Onu burada deyəcəm. Biz o səhnəni çəkəndə zorla razılığa gətirdik. Bayram o filmdə, əslində, qara geyimdə - öz geyimində olmamalı idi. O, bizim kimi ağ kəfən geyməli idi. O orada kəfəni geymək istəmədi. Biz nə qədər çəkilişi dayandırdıq ona görə. Hətta çəkiliş bir saat gecikdi. Nə qədər etdik ki, kəfəni geyinsin, dedi "Mən kəfən geymək istəmirəm". Qismət!"

Şərhlər

XƏBƏR LENTİ