SON DƏQİQƏ
XalqXeber.Az » Mədəniyyət » Bəstəkar Nadir Əzimovdan müğənnilərə şərt: - "Mahnımı ifa etmək üçün 60 min ödəməlisiniz"

Bəstəkar Nadir Əzimovdan müğənnilərə şərt: - "Mahnımı ifa etmək üçün 60 min ödəməlisiniz"

Tarix:

8-09-2017, 17:38

/ 108 170 dəfə oxundu.
Bəstəkar Nadir Əzimovdan müğənnilərə şərt: - "Mahnımı ifa etmək üçün 60 min ödəməlisiniz"

Bəstəkar Nadir Əzimov "Darıxdım" mahnısını ifa edən müğənniləri məhkəməyə verib. Bu barədə saytımıza bəstəni səsləndirənlərdən biri olan müğənni Əkbər Əliyev məlumat verib. İfaçının sözlərinə görə,özünü bəstəkarın vəkili kimi təqdim edən şəxs ona zəng edərək pul tələb edib: "Nadir Əzimovun vəkili indi mənə zəng vurub deyir ki, siz müəllif hüquqlarını pozmusunuz. Halbuki "Darıxdım" mahnısını mən heç bir efirdə ifa etməmişəm. Ancaq toy məclislərində alınsa oxuya bilərəm. Ona görə də zəng məni bir az təəccübləndirdi. Heçnə anlamadım. Həmçinin mənə dedi ki, əgər mahnını oxumağa davam etsəz müəllif hüququna görə 60 min ödəməlisiniz. Əgər mən Ceyhun Bakinski olsaydım və hər yerdə bu mahnını oxusaydım o zaman məndən nə isə tələb etmək haqları olar. Özünüzdə bilirsiniz ki, efirlərə çox az hallarda çıxıram. Mən Nadirlə cəmi bir-iki dəfə qarşılaşmışam. Şəxsi tanışlığımız yoxdur. Bəlkə də Nadir Əzimova reklam lazımdır. Çünki adı çoxdandır heç bir yerdə hallanmır. Ümumiyyətlə, mənə zəng vuranın kimliyindən xəbərsizəm. Ola bilər ki, heç Nadirin özünün xəbəri yoxdur". İfaçı bildirib ki, mahnını ifa edən digər müğənnilərlə də əlaqə saxlanılacaq: "Bu mahnının demək olar ki, bütün Azərbaycan ifaçıları tərəfindən səsləndirildiyini dedim. Özünü vəkil kimi təqdim edən şəxs isə onların hamısına cəza verəcəyini bildirdi". Məsələ ilə bağlı bəstəkar Nazim Əzimovla da əlaqə saxladıq. Telefona cavab verən bəstəkarın həyat yoldaşı Lalə xanım xəbəri təsdiqlədi: "Kimlər ki, saymazlıq edib onları məhkəməyə vermişik. Nazim Əzimovdan 3 nəfər icazə alıb. Onlar Təranə Mahmudova, Ceyhun Bakinski və Elnur Quliyevdir. Bu ifaçılardan başqa hamı mahnını icazəsiz oxuyub. Müəllif sağdır və ona hörmət qoymaq lazımdır. Heç kimin haqqı yoxdur ki, icazəsiz oxusun və ona klip çəkdirsin". Qeyd edək ki, "Darıxdım" mahnısı ilk dəfə Rüfət Mehdiyevin ifasında səslənib. Mahnı müğənni rəhmətə getdikdən sonra bir çoxları tərəfindən ifa olunub.

Şərhlər

XƏBƏR LENTİ