SON DƏQİQƏ
XalqXeber.Az » Mədəniyyət » Rəhbərlikdə təmsil olunan 5 şəxs İTV-dən çıxarıldı

Rəhbərlikdə təmsil olunan 5 şəxs İTV-dən çıxarıldı

Tarix:

8-09-2017, 09:49

/ 92 174 dəfə oxundu.
Rəhbərlikdə təmsil olunan 5 şəxs İTV-dən çıxarıldı

İctimai Televiziyada rəhbərlikdə təmsil olunan 5 şəxs bu gün işdən çıxarılıb.

Bunlar İctimai Televiziyanın Musiqi-Əyləncə və Xüsusi Layihələr Departamentinin rəhbəri, mətbuat katibi (Akif Cabbarlı), mühafizə xidmətinin rəhbəri və daha iki departament rəhbərinin müavinidir.

Məlumata görə, sabah İştimai Televiziya və Radio Yayımları Şurasının iclasından sonra mediaya bu haqda açıqlama veriləcək.

Qeyd edək ki, bu gün KİV-də “Lider” televiziyasında direktor müavini vəzifəsində çalışan və bu yaxınlarda öz istəyi ilə işdən ayrılan Lamiyə Ələkbərovanın İctimai Televiziyada (İTV) Musiqi-Əyləncə və Xüsusi Layihələr Departamentinin rəhbəri vəzifəsinə təyin edilməsi barədə xəbər yayılıb.

Şərhlər

XƏBƏR LENTİ