SON DƏQİQƏ
XalqXeber.Az » Mədəniyyət » Əbülfəs Qarayevin "Dədə Qorqud" müəmması... - Korrupsiya, yoxsa...

Əbülfəs Qarayevin "Dədə Qorqud" müəmması... - Korrupsiya, yoxsa...

Tarix:

7-09-2017, 12:47

/ 110 595 dəfə oxundu.
Əbülfəs Qarayevin "Dədə Qorqud" müəmması... - Korrupsiya, yoxsa...

"Dədə Qorqud" dastanı əsasında ekranlaşdırılacaq çoxseriyalı filmin çəkilişlərində problem yaranıb.

Prezident İlham Əliyev 2013-cü ildə "Dədə Qorqud" dastanı əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi haqqında sərəncam imzalamışdı.

Filminin çəkilişi ilə bağlı Azərbaycan Prezidentinin Ehtiyat Fondundan ilkin olaraq Mədəniyyət və Turizm Nazirliyinə 1 milyon manat ayrılmışdı.

Filmin ssenarisi xalq yazıçısı Anara, rejissor işi Ramiz Həsənoğluna aiddir.

Bu ilin dekabrın 28-də ölkə başçısının sözügedən sərəncamın verilməsinin 4-cü ili olacaq . Ancaq təəssüflər olsun ki, çəkilişlərlə bağlı hansısa irəliləyiş və hərəkətliliyik gözə dəymir.

Mədəniyyət və Turizm Nazirliyindən Metbuat.az-ın sorğusuna cavbab olaraq bildirdilər ki, filmlə bağlı bəzi işlər görülüb. Nazirliyinin kinomatoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxovun sözlərinə görə, “Dədə Qorqud” kino layihəsi məcburən yarımçıq qalıb:

“Serialın istehsalı maliyyə çatışmazlığı səbəbindən təxirə salınıb”.

Metbuat.az

Şərhlər

XƏBƏR LENTİ