SON DƏQİQƏ
XalqXeber.Az » Mədəniyyət » “Babək 2020” filmi çəkilir

“Babək 2020” filmi çəkilir

Tarix:

30-08-2017, 14:41

/ 140 567 dəfə oxundu.
“Babək 2020” filmi çəkilir

“Babək 2020” filminin ilk tizeri ictimaiyyətə təqdim edilib. Filmin quruluşçu rejissoru Zaur Tahirsoy, qrafika işləri üzrə rəhbəri isə Famil Əsədov öz öhdəsinə götürüb.

Rejissor Zaur Tahirsoy açıqlamasında bu filmin müasir standartlara cavab verəcəyini bildirib:

“Klassika hər zaman dəyərlidir, amma müasir dövrdə yeniliklər də çox önəmlidir. Çünki müasir insanın diqqətini cəlb etmək üçün zamana uyğun məhsul istehsal etmək lazımdır. Digər sahələr kimi film sənayesində də buna xüsusi diqqət yetirmək lazımdır. Elə bu səbəbdən "Babək 2020" layihəsinə start verdik.

Azərbaycanda bu layihənin öhtəsindən gələ biləcək potensial mütəxəsislər var. Sadəcə onlara imkan yaratmaq lazımdır. Mənim fikrimcə, bu layihə Azərbaycan gənclərində ruh yüksəkliyi yaradacaq, paralel olaraq onlarda həm vətənpərvətlik , həm də dövlətçilik əhval-ruhiyyəsinin yüksəlməsinə səbəb olacaqdır”.

Çəkilişlərə peşəkar Azərbaycan aktyorlarla yanaşı, əcnəbi aktyorların da dəvət edilməsi planlaşdırılıb.

Qeyd edək ki, filmin 2020-ci ildə yayımlanacağı nəzərdə tutulur

Şərhlər

XƏBƏR LENTİ