yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

“Azərbaycanın mədəniyyət naziri məni Bakıya buraxmır” - Ququş

“Azərbaycanın mədəniyyət naziri məni Bakıya buraxmır” - Ququş
27-08-2017, 20:39 52 370 dəfə baxılıb

Azərbaycanın əfsanəvi müğənnilərindən biri, İslam inqilabından sonra İranı tərk etmiş pop-ulduz Ququş (Faiqə Atəşin) Bakıya baş çəkmək və Şimali Azərbaycanın paytaxtında böyük konsertlə çıxış etmək arzusunda olduğunu bildirib.

Xalqxeber.Az Virtualaz.org-a istinadən xəbər verir ki, müğənni bir neçə həftə əvvəl öz İnstaqram səhifəsində bəyan etmişdi ki, avqustun sonunda Yerevanda konsert verəcək. Öz statusunun altında o, xeşteq də qoymuşdu: # finally – “nəhayət” və historyinthemaking - “tarix yaradılır”. Yerevandan sonra Ququş Tbilisiyə yola düşməli idi.

Və bir neçə tanınmış Azərbaycan biznesmeni Zaqafqaziya turnesi zamanı Bakıya baş çəkmək və Azərbaycanda solo proqramla çıxış etmək xahişi ilə müğənniyə müraciət etmişdi. Ancaq, virtualaz.org-a açıqlamasında Ququşun özünün bildirdiyi kimi, Azərbaycan hakimiyyəti – Mədəniyyət və Turizm Nazirliyinin şəxsində rədd cavabı verib və müğənninin Bakıda konserti qadağan edilib.

“Tədbirin təşkilatçıları mənə bildirdilər ki, Azərbaycanın mədəniyyət naziri (Əbülfəz Qarayev – RED.) Bakıda konsertin keçirilməsinə icazə verməyib, çünki mənim ərim erməni millətinin nümayəndəsidir. Amma axı mən azərbaycanlıyam?! Bundan başqa, musiqi və yaradıcılıq – millətçilikdən üstündür! Mən məəttəl qalmış və hiddətlənmişəm!”, - deyə Ququş bildirib.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Azerbaycanin, naziri, buraxmir, meni, Quqush, , medeniyyet, Bakiya
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ