SON DƏQİQƏ
XalqXeber.Az » Mədəniyyət » Xalq şairi Fikrət Qocanın doğum günüdür

Xalq şairi Fikrət Qocanın doğum günüdür

Tarix:

25-08-2017, 10:53

/ 93 425 dəfə oxundu.
Xalq şairi Fikrət Qocanın doğum günüdür

Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Azərbaycanın Xalq şairi, Əməkdar incəsənət xadimi Fikrət Qocanın doğum günüdür.

Məlumata görə, Qocayev Fikrət Göyüş oğlu (Fikrət Qoca) 1935-ci ildə Ağdaş rayonunun Kotanarx kəndində anadan olub. 1964-cü ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib.

Əsərləri 1956-cı ildən mətbuatda çap edilir. Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, "Azərbaycan gəncləri" qəzetində,"Azərbaycan" jurnalında fəaliyyət göstərib, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə məsul katibi olub. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin birinci katibi işləyir.

Çap etdirdiyi şeir kitablarında vətən məhəbbəti, vətənpərvərlik duyğuları, insan və zaman haqqında düşüncələri öz əksini tapıb. Dünyanın bir çox ölkəsində yaradıcılıq səfərlərində olub, həmin ölkələrə gedən milli azadlıq hərəkatlarına şeirlər həsr edib. 1990-cı illərdə yazdığı "Oddan keçənlər", "İnsan səviyyəsi", "Adi həqiqətlər" və s. poemalarında Azərbaycanda gedən azadlıq mübarizəsindən bəhs olunur.

Şairin onlarla şeirinə musiqi bəstələnib.

"Şöhrət" ordeni Xalq şairinin 80 illik yubileyi ölkədə və xaricdə təntənə ilə qeyd olunub.

Şərhlər

XƏBƏR LENTİ