SON DƏQİQƏ
XalqXeber.Az » Mədəniyyət » Könül Xasıyevaya pul atan müğənni barədə - Həbs qərarı

Könül Xasıyevaya pul atan müğənni barədə - Həbs qərarı

Tarix:

21-08-2017, 13:09

/ 83 960 dəfə oxundu.
Könül Xasıyevaya pul atan müğənni barədə - Həbs qərarı

Xalq artisti Könül Xasıyevanın 70 min manatı dələduzluq yolu ilə ələ keçirən şəxsin məhkəməsi baş tutub.

Nərimanov Rayon Məhkəməsi muğam ifaçısının pulunu qaytarmayan müğənni Xatirə Hacıyeva barədə iki aylıq həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edib.

Bu barədə xalq artistinin vəkili Şəfiqə Nağıyeva məlumat verib.

Vəkil operativ işi həyata keçirən hər kəsə təşəkkürünü bildirib:

“Xatirə Hacıyeva barəsində məhkəmə iki aylıq həbs qətimkan tədbrii seçib. Nərimanov rayon polis idarəsinin rəisi Nəriman İmanova, istintaq şöbəsinin rəisi Vüqar İsmayılova, operativ işlədiyi üçün müstəntiq Racib Almazova öz təşəkkürümüzü bildiririk”.

Şərhlər

XƏBƏR LENTİ