SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bakının mərkəzi küçəsində qorxulu hadisə

Bakının mərkəzi küçəsində qorxulu hadisə

Tarix:

17-08-2017, 10:03

/ 113 650 dəfə oxundu.
Bakının mərkəzi küçəsində qorxulu hadisə

Bu gün səhər saat 08:40 radələrində Bakının Heydər Əliyev prospektində, "Koroğlu" metro stansiyasının qarşısında qorxunc hadisə baş verib.

Keçid nişanı olmayan hissədən yolu keçmək istəyən təxminən 40-45 yaşlarında bir qadın yolun ortasında naməlum səbəblərdən huşunu itirərək yıxılıb.

Avtomobillərin sıx hərəkəti ilə müşahidə olunan yolda xoşbəxtçilikdən qəfil yıxılan qadına maşınla xəsarət yetirməyiblər. Ətrafdakı sərnişinlər tərəfindən dərhal yolun ortasından səkiyə çıxarılan qadına ilk yardımı da vətəndaşlar ediblər. Qadının həyati təhlükəsinin olmadığı deyilir.

Şərhlər

XƏBƏR LENTİ