yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

V Beynəlxalq Qəbələ Mürəbbə Festivalı keçiriləcək

V Beynəlxalq Qəbələ Mürəbbə Festivalı keçiriləcək
16-08-2017, 16:44 77 336 dəfə baxılıb

Avqustun 26-da Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Qəbələ Rayon İcra Hakimiyyətinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin, Azərbaycan Milli Kulinariya Assosiasiyasının təşkilatçılığı ilə Qəbələ rayonunda növbəti, V Beynəlxalq Qəbələ Mürəbbə Festivalı keçiriləcək.

Nazirlikdən verilən məlumata görə, festivalda 25 xarici ölkə komandası, Azərbaycanın 35-ə yaxın bölgəsi və sənaye üsulu ilə mürəbbə istehsal edən müəssisələr, Ümumdünya Kulinariya Təşkilatının (WACS) prezidenti Tomas Quqler, Ümumdünya İslam Kulinariya Təşkilatının (WICS) prezidenti Gökhan Tufan və baş katibi Ali Trobolisinin iştirakı nəzərdə tutulur.

Respublikamızın mədəniyyətini və milli kulinariyasını təbliğ etmək məqsədilə Qəbələ mürəbbə festivalında şirniyyatçılar tərəfindən fərqli mürəbbə çeşidləri hazırlanıb, rayona səfər edən yerli və xarici qonaqlar üçün nümayiş olunacaq.

Bildirək ki, artıq 5-ci dəfə keçiriləcək Qəbələ Mürəbbə Festivalında iştirak edən xarici ölkələrin nümayəndələrinin sayının ildən-ilə çoxalması ölkəmizin, o cümlədən Qəbələnin beynəlxalq nüfuzunun artmasına və turizmin inkişafına səbəb olur.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: kechirilecek, Beynelxalq, Qebele, Festivali, V, Murebbe
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ