yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Türkiyəyə aparılan Ramiz Əzizbəylinin qızı: “İki ay vaxtımız var”

Türkiyəyə aparılan Ramiz Əzizbəylinin qızı: “İki ay vaxtımız var”
16-08-2017, 11:28 58 872 dəfə baxılıb

Müalicə üçün Türkiyəyə aparılan xalq artisti, tanınmış aktyor Ramiz Əzizbəylidən xəbər var.
Xalq artistinin qızı Xədicə Əzizbəyli atasınnı səhhəti ilə bağlı açıqlama verib:
“Bilirsiniz ki, atam iflic xəstəliyindən əziyyət çəkir. Onun əl-ayaq hərəkətlərində problemlər yaranıb. Türkiyəyə aparılmasında da məqsəd elə budur ki, əl-ayağı açılsın; atam hərəkət etsin, normal yerisin. Anam da yanındadır, mütəmadi əlaqə saxlayırıq. Hələ ki, ciddi irəliləyiş yoxdur. Çünki müalicə kursu tam bitməyib. Atamın müalicə kursu iki ay müddətində başa çatmalıdır. Yalnız iki aydan sonra vəziyyətinin necə olacağı barədə konkret nəsə demək olar. Hər şey Allahın əlindədir”.
Bəs görəsən aktyor əməliyyat olunacaqmı? Xalq artistinin qızı atasının yalnız müalicə kursu keçəcəyini bildirib:
“Atam yalnız terapiya olunur. Əməliyyata icazə vermirlər. Həkimlər deyir ki, bu, onun həyatı üçün təhlükəli ola bilər”.

Yenicag.az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Ezizbeylinin, aparilan, Ramiz, ay, Turkiyeye, vaxtimiz, var, qizi, ki
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

24-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

sunay1ramazanova@gmail.com


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ