yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Xalq artisti Azərbaycanı həmişəlik tərk edir

Xalq artisti Azərbaycanı həmişəlik tərk edir
24-07-2017, 12:59 82 032 dəfə baxılıb

Uzun müddətdir ki, Türkiyədə qızının yanında yaşayan xalq artisti, tanınmış aktrisa Kubra Əliyeva Azərbaycana qayıdıb. Aktrisa yenidən geri qayıdacağını deyib:

“Azərbaycana əzizlərimi görmək üçün gəldim. Nəvələrimlə görüşdüm. Sabah Gəncəyə - valideynlərimin, qardaşlarımın qəbrini ziyarət etmək üçün gedəcəm. Sonra yenidən Türkiyəyə qayıdacam. Artıq Bodrumun Milas şəhərində ev almışam, qızımla, nəvəmlə orda yaşayacam. Oranın havası mənə düşür, özümü razhat hiss edirəm. Ara-sıra Azərbaycana da gələcəm”.

Aktrisa səhhəti ilə bağlı bunları deyib: “Özümü yaxşı hiss edirəm, amma mütəmadi olaraq, müayinələrə gedirəm. 7 ildir ki, bu xəstəliklə mübarizə aparıram. Hələ ki, babatam, hər şey Allahın əlindədir. Nə vaxta qədər ömür yazıbsa, o vaxta qədər yaşayacam”.

Xalq artisti səhnəyə qayıtmayacağını da deyib: “42 il səhnədə can qoydum, indi xəstəliyimlə bağlı səhnəyə çıxmıram. Heç səhnəyə çıxmaq fikrim də yoxdur, çünki səhhətimi qorumalıyam, indi o halda deyiləm. Onu da deyim ki, Bakıda sənət dostum Telman Əliyevin və gözəl sənətkarımız Qəndab Quliyevanın ölüm xəbərini eşidib, çox sarsıldım”.

Qeyd edək ki, Kubra Əliyeva xərçəng xəstəliyindən əziyyət çəkir.

yenicag.az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: hemishelik, terk, artisti, Xalq, Azerbaycani, edir
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ