SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Nazir İsmət Abbasovaun atasına rəhmət oxudur: Ət, balıq və süd yenə bahalaşır

Nazir İsmət Abbasovaun atasına rəhmət oxudur: Ət, balıq və süd yenə bahalaşır

Tarix:

4-07-2017, 09:12

/ 44 952 dəfə oxundu.
Nazir İsmət Abbasovaun atasına rəhmət oxudur: Ət, balıq və süd yenə bahalaşır

Kənd təsərrüfatı naziri yaxşılıq deyil ki, əlindən gəlsin; Nazir Heydər Əsədov ilin-günün bu çətin vaxtında camaata zülm edir...
Nazirin yarıtmaz idarəçiliyi, ekspertlərin çaldığı həyəcan təbilinə baxmayaraq, bərbad fəaliyyəti nəticəsində ət və süd məhsullarının bir daha bahalaşmasına səbəb olur.
KTN rəhbərliyinin idarəçiliyini onun keçmiş işçiləri də faktlarla təsdiqləyiblər.
Hətta nazirliyə aqrar sahəyə aidiyyatı olmayanların gətirildiyini bildiriblər. Bu da nəticəsidir ki. H.Əsədov İsmət Abbasovdan da betər şəkildə aqrar sektoru məhv etməkdədir.
Artıq bir neçə gündür ki, fermer təsərrüfatı və heyvan satışı ilə məşğul olan çevrədə yaxın zamanlarda ət və süd məhsullarının başalaşacağı ilə bağlı söhbətlər gəzməkdədir.
Mal və qoyun ətinin bir kiloqramının haradasa 3 manatadək bahalaşacağı gözlənilir. Qiymət artımının səbəbini isə bu il ölkədə yem qıtlığı və bunun nəticəsində heyvanlara çəkilən xərcin bahalaşması ilə izah edilir.
Ət və süd məhsullarının qiymətinin artmasını iqtisadçı ekspertlər də istisna etmir. Məsələ ilə bağlı gununsesi.info-ya açıqlama verən Qubad İbadoğlu da qiymət artımının olacağını dilə gətirib.
Onun sözlərinə görə, heyvanların yem məhsullarının qıtlığı fonunda yem məhsullarının qiymətinin artması istər-istəməz ət və süd məhsullarının artmasına öz təsirini göstərir.
Mövsüm dövründə ot və yonca kipinin bir bağlamasının qiyməti haradasa 4 manatdır. Hansı ki, mövsümdə yem məhsullarının qiyməti qat-qat ucuz olmalı idi.
Payız və qışda yem məhsullarının isə indikindən xeyli baha olacağı proqnozlaşdırılır. Bu da öz növbəsində, iri və xırdabuynuzlu heyvanların qiymətinin bahalaşmasına öz təsirini göstərəcək.
Yəni heyvanın saxlanmasına çəkilən xərc baha olduğundan satışa çıxarılan heyvanın da qiyməti baha olacaq. Ancaq qiymətlərin elə yay aylarında da bahalaşması istisna deyil.
Artıq heyvanlara çəkilən xərc bahalaşdığından ət və süd məhsulları bahalaşa bilər. Q.İbadoğlu deyib ki, iri və xırdabuynuzlu heyvanların ətinin bahalaşması da öz növbəsində quş əti və balığın da bahalaşmasına öz təsirini göstərəcək və bu məhsullar da bahalaşacaq.
Çünki mal-qoyun əti almağa imkanı çatmayan vətəndaş məcbur olub quş əti və balıq almağa üstünlük verəcək. Bu məhsullara da tələbat artdığından, bu məhsullarda müəyyən dərəcədə bahalaşacaq.

Şərhlər

XƏBƏR LENTİ