SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » ABŞ-dan 6 müsəlman ölkəsinə viza şərti

ABŞ-dan 6 müsəlman ölkəsinə viza şərti

Tarix:

29-06-2017, 13:51

/ 57 189 dəfə oxundu.
ABŞ-dan 6 müsəlman ölkəsinə viza şərti

ABŞ-ın Xarici İşlər Nazirliyi əhalisinin əksəriyyəti müsəlman olan 6 ölkədən gələn yeni viza müraciətlərinə "ABŞ-da bir insan və ya qurum ilə rəsmi əlaqəsi olmalıdır" şərtini qoyacaq.

xalqxeber.az "American Associated Press" xəbər agentliyinə istinadən xəbər ki, əhalisinin çoxu müsəlman olan Suriya, İran, Somali, Liviya, Sudan və Yəmən vətəndaşları yeni viza müaciətində ABŞ-da yaşayan yaxın qohum və ya qanuni iş yerindən rəsmi sənədi təqdim etməlidirlər.

Qanuna əsasən müraciət edən şəxsin ABŞ-da valideyninin, həyat yoldaşının, övladının, kürəkəni və ya gəlininin olub-olmaması yoxlanılacaq. Qanunda nənə, baba, əmi, xala, bibi, nişanlı və s. kimi ikincidərəcəli qohumların varlığı nəzərə alınmayacağı bildirilib.

Viza almaq istəyən şəxs qohumu olmadığı təqdirdə rəsmi iş yerindən təsdiq sənədi təqdim etməlidir.

Qərarda o da açıqlanıb ki, keçərli viza icazəsinə sahib olanlara yeni qanun tətbiq edilməyəcək.

Şərhlər

XƏBƏR LENTİ