SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Mikayıl Cabbarovdan şok: Nazir sabirabadlı fəhlələrin haqqını ödəmir

Mikayıl Cabbarovdan şok: Nazir sabirabadlı fəhlələrin haqqını ödəmir

Tarix:

29-06-2017, 09:01

/ 35 834 dəfə oxundu.
Mikayıl Cabbarovdan şok: Nazir sabirabadlı fəhlələrin haqqını ödəmir

Təhsil Nazirliyinin sifarişi ilə Ağdam rayonun, Mirəşəlli kəndində 2 mərtəbəli, 800 kvadrat metr ölçüdə orta məktəb inşa olunub; Bu nəcib işin gerçəkləşdirilməsi “Bərpa” MMC tikinti şirkətinə tapşırılıb...
Bu barədə göndərilən şikayət məktubunda qeyd olunub. MMC-də çalışan fəhlələr onlara tapşırılan işi yerinə yetiriblər.
Lakin gördükləri işə görə əmək haqqlarını ala bilmirlər. Buna görə də məktəb tikintisində işləyən fəhlələr təhsil naziri Mikayıl Cabbarova müraciət ünvanlayıblar.
Müraciətin müəllifi Sabirabad rayonun Qarağac kənd sakini Əsgər Nizami oğlu Əsgərzadə yazır ki, 4 nəfər kənd sakini ilə Ağdam rayonuna beton-bərkitmə işləri görmək üçün gediblər. 2 ay müddətə məktəbdə beton işi görüblər.
“Gördüyümüz işin pulunu hissə-hissə verirdilər. İşi tamamlayıb təhvil verəndən sonra qalan pulumuzu ala bilmədik. Mənim və Ramin Zakir oğluSüleymanovun bu günə kimi 6 aydır 1650 manat pulumuzu iş icraçıları vermirlər.
Nə qədər zəng vursaq da 6 aydır bu gün, sabah salıb, 5 günə pulunuzu poçtla göndərəcəyik deyərək bizi aldadırlar. Məktəb tikilib təhvil veriləndən sonra pulumuzu konkret verməyəcəklər. Ola bilər bizi aldadanlar həmin məbləği çox cüzi pul sayırlar.
Amma biz əli qabarlı işçilər üçün ilin-günün bu vaxtında 1650 manat çox böyük puldur. Ona görədə təhsil naziri Mikayıl Cabbarovdan xahiş edirik 1650 manat zəhmət haqqımızın ödənilməsinə tapşırıq versin”.
Hər il dövlət büdcəsi və investisiya xərcləri istiqamətində məktəblərin təmir və tikintisinə müəyyən vəsaitlər ayrılır.
Məktəb binalarının təmirə ehtiyacının olub-olmaması Təhsil Nazirliyinin Təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin tikintiyə texniki nəzarət mühəndisləri tərəfindən vizual və texniki baxış keçirilərək onların müvafiq rəyləri əsasında müəyyən edilir.
Məktəb binasına texniki baxış keçirilərkən, onun təmirə ehtiyacının olması mövcud tikinti normalarına əsasən müəyyən edilir.
Texniki baxış zamanı məktəb binasının bərpa-gücləndirməyə ehtiyacının olması, qəzalı vəziyyəti barədə vizual baxışla müəyyən edilməsi mümkün olmayan hallar aşkarlanarsa, bu barədə Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarına müraciət olunmaqla ekspert rəyi alınır.
Beynəlxalq donorların ölkəmizdə tikdiyi eyni ölçülü məktəb binalarının dəyəri nəinki, yerli icra başçılarının, hətta Təhsil Nazirliyinin inşa etdiyi məktəblərin dəyərindən dəfələrlə ucuz olur.
Onsuz da nə Təhsil Nazirliyi, nə də yerli icra hakimiyyətləri şəffaf tender keçirən deyil. Əgər belə olarsa, məktəb tikintisinə ayrılan vəsait çərçivəsində indikindən ən azı 4-5 dəfə çox məktəb tikmək olar. Bunun başqa yolu yoxdur. Əks halda məktəb tikintisi məmurların cibinə axmaqda davam edəcək.

Şərhlər

XƏBƏR LENTİ