SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Kontakt”-dan daha bir ŞİKAYƏT

“Kontakt”-dan daha bir ŞİKAYƏT

Tarix:

15-05-2017, 19:45

/ 79 367 dəfə oxundu.
“Kontakt”-dan daha bir ŞİKAYƏT

İstehlakçı hüquqlarının müdafiəsilə məşğul olan Eyyub Hüseynova “Kontakt Home” mağazalar şəbəkəsilə bağlı şikayət daxil olub. Hüquq müedafiəçisi həmin şikayəti sosial şəbəkədə ictimailəşdirib. Həmin şikayəti olduğu kimi dərc edirik:

Azad İstehlakçılar İctimai Birliyinin
sədri Eyyub Hüseynova
Bakı şəhəri Badamdar qəs. 3cü massiv ünvanında yaşayan Hüseynova Səkinə tərəfindən
ev: 502-24-62 / mob: 055 855 53 34

ƏRİZƏ

15.10.2016 tarixdə Nizami rayonu, Qara Qarayev pr ev 125 ünvanında yerləşən Kontakt Home dükanlar şəbəkəsindən kredit yolu ilə dəyəri 360 AZN olan “Fakir” markalı tozsoran aldım. 12 aylıq krediti 3 ay ərzində ödədim. Müqavilə bağlamadan öncə, malı seçərkən satıcıdan tozsoranın yaxşı sorma qabiliyəti olmasının soruşduqda dedi ki, bu təmiz alman malıdır və yüksək keyfiyyətlidir. Satıcının sözlərinə inanıb müqaviləni imzalayıb 2 il zəmanət talonunu , tozsoranı və sənədləri götürüb getdim. Evdə işlək tozsoranım olduğu üçün, 1 aydan çox ondan istifadə etmədim. İlk istifadə zamanı tozsoranın son dərəcə zəif olduğu və tozu çox zəif sorduğunu görüb satıcının tərifinə ümid edərək yaxşı işləyəcəyini güman etdim.
Tozsorandan 8 dəfə istifadə etdim və heç bir yenilik olmadı. Bundan sonra 05.12.2016 tarixdə dükana gedib, satıçıya etirazımı bildirdim. Tozsoranın təzəsi daha keyfiyyətlisi ilə dəyişdirilməsini və ya ödədiyim məbləğin qaytarılmasını xahiş etdim. Satıcı yenə tozsoranı təriflədi və qeyd etdi ki, arxadakı (filteri) süzgəci təmizləsəniz yaxşı işləyəcək. Satıcının sözünə inanıb süzgəci təmizləsəm də tozsarının keyfiyyətində dəyişiklik olmadı. Yenidən dükana gedib vəziyyəti danışdım. Əvvəlki xahişimi yenidən etdim. Satıcı mənim tələbimə məhəl qoymadan mənimlə kobud rəftar edərək malı servisə aparmağımı bildirdi. 24.01.2017 tarixdə tozsoranı Atatürk prospekti 36A ünvanda yerləşən servisə aparıb təhvil verdim.
Servisdə tozsoranın çox zəif işlədiyini görüb təmir üçün qəbul etdilər və tezliklə təmir edəcəklərinə söz verdilər. Bir aydan çox daha dəqiq 27.02.2017 tarixdə mən yenidən servisə getdim və 1 aydan çox vaxt keçdiyini bildirdim, mənə zəng etməməklərinin səbəbini soruşanda mənim telefonuma mesaj göndərdiklərini bildirdilər. Lakin mənim telefonuma mesaj gəlməmişdi. İşçi gətirib tozsoranı mənə qaytaranda tozsoran yoxlanıldı. Tozsoran elə həmin vəziyyətdə idi. Mən işçiyə -siz tozsonanı təmir etməmisiniz deyib etirazımı bildirəndə mən heç nə bilmirəm usta bizə belə qaytarıb deyib, içəri getdi.
Mənim gözləməyimin mənasız olduğunu görüb məcburiyyət qarşısında tozsoranı götürüb evə qayıtdım. Yenidən Kontakt Home zəmanət kartındakı əlaqə nömrəsinə yığdım. Orda mənə kobud çəkildə biz bu işlərə baxmırıq dedilər. Mən internet vasitəsilə Kontak Home əlaqə nömrəsini tapıb (*6060) zəng etdim. Çox çətinliklə əlaqə yaratdım və işçi bizi şikayət və təkliflər şöbəsi ilə calaşdırdı. Ordan bizim tozsoranın təmir olunduğunu bildirdilər. Mən isə tozsoranın eyni zəif vəziyyətdə olduğunu dedim. Onlar bizə yenidən tozsoranı servisə gətirməyimizi istədilər.
Mən yaşlı və xəstə olduğum üçün xahiş etdim ki, gəlib evdən götürsünlər və bir neçə vaxtdan sonra 04.03.2017 tarixində gəlib tozsoranı evdən bütün avadanlıqları ilə apardılar. Bu 2 ay ərzində mən dəfələrlə servis mərkəzinə zəng edərək məlumat almaq istədim, lakin hər dəfə 10 gün ərzində təmir olunub bizə məlumat veriləcəyini bildirdilər. Sonuncu dəfə zəng etdiyim zaman isə mənə təmir üçün 25 AZN ödəmə etməyimi tələb etdilər. Mən səbəbini soruşanda filtrin işləmədiyini bildirərək, bu ehtiyat hissəsinin zəmanətə daxil olmadığını söylədilər.
Mən narazılığımı bildirərək müdirlə calaşdırmaqlarını xahiş etdim. Onlar bizə müdirin adını deyə bilmərik, calaşdıra bilmərik və buna heç ixtiyarımız da yoxdur deyib kobudcasına əlaqəni kəsdilər.
Qeyd edirəm ki, tozsoranın bütün sənədləri xarici dildədir və satıcının mənə verdiyi məlumatın əksinə olaraq, mal Almaniya istehsalı deyil, Türkiyə istehsalıdır.
Mən Kontakt Home-un xidmətindən çox narazıyam. Alman malı əvəzinə Türkiyə malını satmışlar, özü də baha qiymətə və bu səbəblərə görə özümü aldadılmış, təhqir olunmuş hesab edirəm. Bu 8 ay ərzində əsəblərimin tam pozulmasına səsəb olublar.
Xahiş edirəm hüququmu qoruyasız. Tozsoranı ya keyfiyyətlisi ilə əvəz olunsun, ya da ödədiyim 360 AZN qaytarılsın. Bu barədə dövlət orqanlarına və KİVə məlumat verilsin.

İmza: Hüseynova Səkinə

Şikayətlə bağlı “Kontakt Home” mağazalar şəbəkəsinin münasibətini öyrənmək istəsək də zənglərimizə cavab verən olmadı.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ