SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sevinc Babayevanın oğlunun cəzası azaldıldı

Sevinc Babayevanın oğlunun cəzası azaldıldı

Tarix:

13-02-2019, 11:59

/ 877 dəfə oxundu.
Sevinc Babayevanın oğlunun cəzası azaldıldı

Bakı Apellyasiya Məhkəməsində həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən 1989-cu il təvəllüdlü Ayxan Məmmədovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, A.Məmmədovun apellyasiya şikayəti qismən təmin edilib. Belə ki, onun 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası 14 il 6 aya endirilib.

Qeyd edək ki, hadisə 2016-cı il fevralın 4-də Bakının Binəqədi rayonunda baş verib. Rayonun Binəqədi qəsəbəsi 1-ci mədən, korpus 30-da yaşayan, əvvəllər məhkum olunmuş, 1989-cu il təvəllüdlü A.Məmmədov evinin həyətində arvadı Günay Məmmədovanın baş, sinə və kürək nahiyələrindən bir neçə bıçaq zərbəsi vurub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Məmmədov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, A.Məmmədov Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin yaydığı videolarda keçmiş deputat Gülər Əhmədova ilə onun arasında vasitəçi kimi iştirak edən Sevinc Babayevanın oğludur.

Şərhlər

XƏBƏR LENTİ