SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Onlar gələcəyin sağlam polisi, sürücüsü və piyadası olacaq – VİDEO-FOTO

Onlar gələcəyin sağlam polisi, sürücüsü və piyadası olacaq – VİDEO-FOTO

Tarix:

28-09-2018, 20:28

/ 1 522 dəfə oxundu.
Onlar gələcəyin sağlam polisi, sürücüsü və piyadası olacaq – VİDEO-FOTO

Təhsil müəssisələrində "Diqqət uşaqlar" təhlükəsizlik aylığına həsr edilmiş tədbir keçirilib
Nizami rayonunda yerləşən 10 saylı orta məktəbdə Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi və Nizami Rayon Polis İdarəsinin təşkilatçılığı ilə "Diqqət uşaqlar" təhlükəsizlik aylığına həsr edilmiş maarifləndirici tədbir keçirilib. Tədbirdə qeyd edilən idarələrin məsul əməkdaşları, həmçinin məktəbin rəhbərliyi, şagird və valideynlər iştirak ediblər.Tədbirdə şagirdləri maraqlandıran suallara cavab verilib, eləcə də yol nişanlarının əhəmiyyəti, mənası və yol hərəkəti təhlükəsizliyinin tələbləri diqqətə çatdırılıb. Əsasən yuxarı sinif şagirdlərinin iştirak etdiyi tədbirdə yol hərəkəti təhlükəsizliyinə aid suallara düzgün cavab verən məktəblilərə hədiyyələr təqdim edilib.
Məktəbin direktoru Leyla Məmmədova bildirib ki, bu cür tədbirlərin orta məktəblərdə keçirilməsi uşaqlarda yol hərəkəti mədəniyyətinin formalaşmasında mühüm rol oynayır. Nəzərə almaq lazımdır ki, bu günün orta məktəb şagirdi, sabahın sürücüsü, piyadası, sərnişini və ümumiyyətlə yol hərəkəti iştirakçısı olacaq. Direktor qeyd edib ki, şagirdlərin məktəbdə öyrəndikləri biliklər və yol hərəkəti qaydaları həmin zaman onların köməyinə gələcək.
Daha sonra çıxış edən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, rəhbərliyin göstərişi ilə orta məktəblərdə bu cür maarifləndirmə tədbirləri mütamadi olaraq keçirilir. Görüşlərdə iştirak edən şagirdlərin yol hərəkəti qaydaları üzrə bilik və bacarıqları artırılır. V.Əsədov qeyd edib ki, son illər bu istiqamətdə keçirilən tədbirlər və görüşlər öz müsbət nəticəsini verir. Hazırlıqlı uşaqların sayı artır və bu da polis əməkdaşlarını ürəkdən sevindirir.
Daha sonra 1 saylı Gənclər və İnkişaf Mərkəzində davam edən tədbirdə balaca yol polisləri müxtəlif səhnəciklər nümayiş etdiriblər. Onlar həmyaşıdlarına yol hərəkəti qaydalarını mükəmməl mənimsəməyi tövsiyyə ediblər, həmçinin böyükləri də bu qaydalara riayət etməyə çağırıblar.

Onlar gələcəyin sağlam polisi, sürücüsü və piyadası olacaq – VİDEO-FOTO
Onlar gələcəyin sağlam polisi, sürücüsü və piyadası olacaq – VİDEO-FOTO
Onlar gələcəyin sağlam polisi, sürücüsü və piyadası olacaq – VİDEO-FOTO
Onlar gələcəyin sağlam polisi, sürücüsü və piyadası olacaq – VİDEO-FOTO

Şərhlər

XƏBƏR LENTİ