SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Biləcəri bələdiyyəsinin gözü qarşısında yaşıllıqlar məhv edilməkdədir... - Hacıbala getdikdən sonra ortaya çıxan sərəncamlar nədir...?

Biləcəri bələdiyyəsinin gözü qarşısında yaşıllıqlar məhv edilməkdədir... - Hacıbala getdikdən sonra ortaya çıxan sərəncamlar nədir...?

Tarix:

6-06-2018, 13:11

/ 1 403 dəfə oxundu.
Biləcəri bələdiyyəsinin gözü qarşısında yaşıllıqlar məhv edilməkdədir... - Hacıbala getdikdən sonra ortaya çıxan sərəncamlar nədir...?

Başsız qalan Binəqədi rayonunda hansı başlar kimə xidmət etdiklərin göründüyü qədər unudublar. Bu azmış kimi Bakı Şəhr İcra Hakimiyyətinin sərəncamları ortaya çıxır ki, buda illər əvvəl guya Hacıbala Abutalıbov tərəfindən imzalanmış qanunsuz tikililərin qanuniləşməsinə xidmət edən Sərəncamlardır. Bu günkü reallıq isə saxta imzalarla icra hakimiyyəti adından kimlərinsə sərəncam əsasında tikinti aparılması prosseslərinin sürətlə həyata keçirilməsinə xidmət etməkdədir. Bir müddət əvvəl Binəqədi rayon İcra başçısı Xaləddin İsgəndərovun ölkə rəhbərinin sərəncamı əsasında işdən azad edilməsi xəbəri bütün media qurumlarında yayımlandı. Elə prosseslərdə bundan sonra geniş vüsət almağa başladı. Binəqədi rayon ərazisində nə qədər idarə-müəssisə varsa səfərbər olaraq harda boş ərazi tapdısa zəbt etməklə məşğul oldular. Dövlət idarələri adından bəzi işbazlar yüksək əməliyyatlar aparır ki buda gələcək nəsilə və Azərbaycanın dünyaya inteqrasiyasını ləngitməkdədir. İndiki məmurlar inteqrasiya dedikdə anladıqları bir məsələyə üstünlük verməkdədirlər ki, yəqin bu inteqrasiya mülklərin sayının artırılmasıdır. Beləcə Binəqədi rayon Biləcəri əraziləri məmurların şəxsi biznesləri mərkəzinə çevrilməkdədir.
Bü gün söz açacağım əsas mövzuya gəldikdə isə bir neçə gündür Binəqədi rayon Biləcəri qəsəbə Bələdiyyəsinin gözü qarşısında baş verən hadisələrdir. Beləki, Biləcəri qəsəbəsi, X. Məlikaslanov və Teymur Yaqubov küçəsinin kəsişməsində yerləşən yaşıllıq maddiyat və mülklə gözü bağlanmış şəxslərin hədəfinə çevrilib. Bakı yaşıllaşdırma və ETSN-nə verdiyimiz məlumat əsasında əraziyə baxış keçirilib. Məsələ ilə bağlı aldığımız məlumat və ərazidə baş. verənlərl' qarşılaşdırdığımızda ortaya qəbul edilə bilməyəcək mənzərə çıxmaqdadır. Hamıya məlum olduğu kimi H.Abutalıbov baş nazirin müavini təyin edildi. Amma buna baxmayaraq kütləvi şəkildə onun adıyla bağlı sərəncamlar Bakı rayonlarında hökm sürməkdə və yaşıllığın guya H.Abutalıbovun adından məhv edilməsinə sərəncam verilməsi qeyd edilən məlumatlarda yer almaqdadır. Həmçinin qeyd etmək yerinə düşər ki, 284 saylı tam orta məktəbin daş hasarına bitişik olan qanunsuz tikiliyə sərəncam verənlərdə elə qanun qarşısında məhsuliyyət daşımaqdadırlar. Prezident İlham Əliyev paytaxtda aparılan tikintilərin dayandırılması əmrini versədə bu əmrə heçbir qurum riayyət etməməkdə davam edir. Ölkə rəhbərinin qanuni tikintilərin belə aparılmasına qadağa qoyduğu dönəmdə, qanunsuz olan əməllərin guya məsələyə aidiyyatı yoxmuş kimi göz yuman qurumlar məsələnin ciddiyyətinə varmayaraq, yalnız qanunsuz gəlirin əldə edilməsi marağı onları bu cinayətə ortaq olmağa sövq etdiyi aşikardır. Beləki, ərazidə olan Ekologiya nazirliyinin və Bakı ekologiya işçilərinin tikinti dayandırma kimi səlahiyyətləri olmadığından tikinti sahibləri özbaşınalıqların davam etdirməkdədirlər. Və bununla yanaşı həmin tikinti sahibi olan kəslər bir neçə ildir əkilmiş ağacları məhv edərək yerində gəlir əldə edəcək obyekt inşa edilməsi prossesini həyata keçirməkdədirlər. Onuda qeyd edək ki, yüksək gərginlik olan elektrik naqilərinin tam altında tikinti aparılması qadağan olduğu halda İcra Hakimiyyətinin sərəncamlarında razılıq verildiyi qeyd edilməkdədir. Həm də "Baksovet"in rəyi olduğunu deyərəkdən məsələnin üzərinə gələn qurumları geri çevirməkdədirlər. Axı necə olur Yaşıl olan ağacların kəsilməsinə kim sərəncam verib və bu sərəncam hansı məbləğ qarşılığında verilməsi isə tezliklə müəyyən ediləcək olması heçdə sirr deyil. Biləcəri bələdiyə sədri gözünün qarşısında aparılan "yaşıllığın soyqırımına biganə yanaşması əmrin kimdən alıb.

Mövzunun mahiyyəti dərinləşdikcə dahada araşdırılmasına ehtiyac duyulmaqdadır. Elə bu məqsədlədə araşdırmalarımızı davam etdirəcəyik.
Biləcəri bələdiyyəsinin gözü qarşısında yaşıllıqlar məhv edilməkdədir... - Hacıbala getdikdən sonra ortaya çıxan sərəncamlar nədir...?
Biləcəri bələdiyyəsinin gözü qarşısında yaşıllıqlar məhv edilməkdədir... - Hacıbala getdikdən sonra ortaya çıxan sərəncamlar nədir...?
Biləcəri bələdiyyəsinin gözü qarşısında yaşıllıqlar məhv edilməkdədir... - Hacıbala getdikdən sonra ortaya çıxan sərəncamlar nədir...?

Şərhlər

XƏBƏR LENTİ