SON DƏQİQƏ
XalqXeber.Az » İdman » Fazil Məmmədovun işdən çıxardığı baş katibə vəzifə verildi

Fazil Məmmədovun işdən çıxardığı baş katibə vəzifə verildi

Tarix:

5-06-2018, 14:06

/ 1 987 dəfə oxundu.
Fazil Məmmədovun işdən çıxardığı baş katibə vəzifə verildi

Azərbaycan Güləş Federasiyasının sabiq baş katibi Əjdər Cəfərova yeni vəzifə verilib.

Məlumata görə, o, 2 saylı Olimpiya Ehtiyat Təhsil İdman məktəbinə direktor təyin olunub.

Məlumatı saytımıza Təhsil Respublika İdman Mərkəzinin direktor müavini Çingiz Səmədov da təsdiqləyib.

Əjdər Cəfərov uzun illər Azərbaycan Güləş Federasiyasının baş katibi olub. O, 2016-cı il fevralın 4-də federasiya prezidenti Fazil Məmmədovun əmri ilə işdən azad olunub.

Qeyd edək ki, Əjdər Cəfərovun güləşçilərin şikayətinə və maddi yeyintilərə görə federasiyadan qovulduğu iddia olunurdu.

Şərhlər

XƏBƏR LENTİ