SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bakıda "Rahat" marketdən oğurluq edilib (VİDEO)

Bakıda "Rahat" marketdən oğurluq edilib (VİDEO)

Tarix:

7-01-2018, 14:27

/ 1 656 dəfə oxundu.
Bakıda "Rahat" marketdən oğurluq edilib (VİDEO)

"Rahat” marketlər şəbəkəsinin Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 7 ünvanında (Papanin) yerləşən filialında oğurluq hadisəsi baş verib.

Hadisə yanvar ayının 3-də gecə saat 04:21 radələrində qeydə alınıb.

Təqribən orta yaşlı naməlum şəxs Hərbi Hospitalla üzbəüz yerləşən marketin şüşəsini daşla qıraraq içəri daxil olub. Özü ilə 29 ədəd siqaret, 8 ədəd saqqız, 2 energetik içki və bir kassa aparatını götürən şəxs ərazidən uzaqlaşıb. İlkin qiymətləndirməyə görə, market sahibinə 337 manat dəyərində maddi ziyan dəyib/

Hadisə ilə əlaqədar Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis bölməsinə məlumat verilib. Ərazidə olan hüquq-mühafizə orqanları əməkdaşları marketdən təqribən 30 metr aralıda oğurlanmış kassa aparatını yararsız vəziyyətdə aşkar ediblər.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ