SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Bakılı milyarder xanım işdən qovuldu

Bakılı milyarder xanım işdən qovuldu

Tarix:

16-11-2017, 10:43

/ 1 454 dəfə oxundu.
Bakılı milyarder xanım işdən qovuldu

Anqola Prezidenti Joao Lorenzo ölkənin keçmiş prezidenti Joze Eduardo dos Santosun qızı İzabel dos Santosu işdən qovub.

İzabel dos Santos Anqolanın “Sonanqol” neft şirkətində idarə heyyətinin üzvü olub.

Prezident Joao Lorenzo hakimiyyətə yeni gəldiyi zaman ölkədə korrupsiya ilə mübarizə aparacağına və dos Santos ailəsinin təsirini aradan qaldıracağına söz verib. Lorenzo vədinə əməl edərək İzabel dos Santosu vəzifəyə şəxsi nüfuzundan istifadə edərək gəlməsini əsas gətirərək işdən çıxarıb.

Qeyd edək ki, İzabelin sahibkarlıq qabiliyyəti bir çox sahələrdə ona uğur qazandırıb. Məsələn, əyləncə sahəsinin təşkili, telekommunikasiya, neft, almaz biznesi. Bütün bunlar isə anası Bakıdan olan, özü Bakıda doğulan bu xanımı dünyanın və qitənin ən zəngin xanımlarından biri edib. "Forbes"in hesablamalarına görə, Afrikanın ən varlı qadınının şəxsi sərvəti 3 milyard dollardan çoxdur.

Şərhlər

XƏBƏR LENTİ