SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Göygöldə dəhşət: İki qadın amansızlıqla qətlə yetirildi

Göygöldə dəhşət: İki qadın amansızlıqla qətlə yetirildi

Tarix:

18-08-2017, 12:43

/ 118 751 dəfə oxundu.
Göygöldə dəhşət: İki qadın amansızlıqla qətlə yetirildi

Daxili İşlər Nazirliyi Göygöldə törədilən dəhşətli qətllə bağlı məlumat yayıb.

Nazirliyin saytına istinadən verdiyimiz məlumata görə, avqustun 17-də Göygöl rayonunun Yeni Qızılca kəndində Gəncə şəhər sakini Zaur Əliyev münaqişə zəminində arvadı Günelə və qayınanası Höküməyə bıçaqla xəsarət yetirib. Sonra o, könüllü olaraq Gəncə şəhər Baş Polis İdarəsinə gələrək istintaqa təslim olub.

Günel hadisə yerində, Hökümə isə xəstəxanaya aparılarkən yolda ölüb.

17.08.2017 22:14

Göygöldə qətlə yetirilən ana və qızının kimliyi məlum olub.

Rayonun Yeni Qızılca kənd sakini Əliyev Zaur Adil oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı, 1989-cu il təvəllüdlü Əliyeva Günel Vilayət qızı və qayınanası həmdə xalası olan 1964-cü il təvəllüdlü Əliyeva Minayəni bıçaqlayaraq qətlə yetirib. Cinayəti törədən Z. Əliyev saxlanılıb.

Məlumata görə ailənin iki övladı var.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ