SON DƏQİQƏ
XalqXeber.Az » Köşə » ANA MÜQƏDDƏS VARLIQDIR!

ANA MÜQƏDDƏS VARLIQDIR!

Tarix:

19-06-2017, 00:42

/ 108 532 dəfə oxundu.
ANA MÜQƏDDƏS VARLIQDIR!

Ana Müqəddəs olmaqla bərabər, həm də ki, yolunda ölməyə əziz bir varlıqdır! O Ana ki, gecəsinə haram qataraq öz övladının rahatçılığını təmin edir.
Əcdadlarımız qədimdən Anaya hörmət və rəğbət bəsləmiş, Ana məfhumunu uca tutmuş və lazım olanda da onun uğrunda ölümə getməkdən belə, çəkinməmişdirlər. Necə ki, Dədə Qorqud dastanında bu şərəfli vəzifənin bir nümunəsini görürük. Bəli, Tural, anası boyu uzun Burla xatunun tanınmaması və onun namus və ismətinin qorunması üçün tikə-tikə doğranmağa və şiş üzərində qovrulmağa razı idi.
Hz. Məhəmməd Peyğəmbər də(s.a.v.a.v) Ana haqqında buyurmuşdur ki: “Cənnət anaların ayaqları altındadır”. Əgər Allahın Rəsulu belə buyurursa, bəs biz nə üçün onun kimi Analarımıza hörmət etməyək? Onların Qocalar evindən gələn naləsi Allahın bizə lənət göndərməsi üçün böyük bir xəbərdarlıqdır.
Saçlarına dən düşən Ana lazım gələrsə, Şikəst övladını da bükük belində gəzdirər. Amma bu təriflər bütün qadınlara həsr oluna bilməz, çünki, şəninə deyilən xoş sözlər yalnız və yalnız Analıq məfhumunu-bu uca sevgini özündə ehtiva edən qadınlara məxsusdur.
Ərtoğrul Yurdaər

Şərhlər

XƏBƏR LENTİ