SON DƏQİQƏ
XalqXeber.Az » Köşə » MÜRİDİZM HƏRƏKATI QAFQAZDA TÜRKLƏRİ MƏHV ETDİ

MÜRİDİZM HƏRƏKATI QAFQAZDA TÜRKLƏRİ MƏHV ETDİ

Tarix:

15-06-2017, 10:04

/ 127 264 dəfə oxundu.
MÜRİDİZM HƏRƏKATI QAFQAZDA TÜRKLƏRİ MƏHV ETDİ

Allahın mübarək nəzərləri Türklərin üzərində olsa da, yenə də düşmən öz murdar əməllərindən əl çəkmir. Amma Xain düşmənlərin axırda böyük bir bəlaya düçar olması həqiqətdir. Əsrlər boyu türkləri əzmək, əsarət altına salmaq və onları parçalamaq istəmişdirlər, çox təəssüflər olsun ki, bunu etməyə də müvəffəq olmuşdurlar. 1402-ci il Ankara döyüşündə Əmir Teymur ilə İldırım Bəyazidin döyüşməsi, 1514-cü il Çaldıran vuruşmasında Şah İsmayıl Xətayi ilə Sultan I Səlimin qardaş qırğınına bais olması və nəhayət, 1823-cü ildə Nəqşibənd təriqətinin Müridizm qolunun Qafqazlara gətirilməsi biz türklərə ən böyük zərbə oldu. Bunu buxaralı Xass-Məhəmməd gətirmişdir. Bu işlərdə həmişə Qərbin xüsusilə əli olmuşdur.
“Nəqşibənd” sözünün mənası “Naxış vuran” deməkdir. Bu təriqət “Vəhhabizm”-dən seçilmir. Fərqli cəhətləri odur ki, Nəqşibəndilik Sufizmə yaxın və onun bir qoludur, Vəhhabizm isə tamamilə uzaqdır. Amma aralarında olan ortaq cəhət bu sayıla bilər ki, İslam dininə yad olan hər iki təriqətin qanunu döyüşməyi əmr edir. Nəqşibəndilik təriqəti sonradan Osmanlı imperiyasında, Orta Asiyada, Ərəb ölkələrində və Qafqazda geniş yayıldı. Nəqşibəndilik XIX əsrdə Qafqazın şimalında özünəməxsus yer tutsa da, təkcə Çeçenistanda böyük Populyarlıq qazana bildi. Bu günümüzdədə Çeçen qocaları və cavanları öz dillərində mahnı oxuya-oxuya, bir-birlərinin arxasıyca dövrə vura-vura Allahı zikr edirlər. Dağıstanda bu təriqətin icraçılarından biri Şeyx Şamil idi. Namiq müəllim “Şeyx Şamil-qəhrəman, yoxsa cəsus?-Tarixə subyektiv baxış” adlı məqaləsində bunları yazır:
“XIX əsr Qafqazı nə qədər də sirrli qalsa da, nə qədər az öyrənilsə də Alban Həvari Kilsəsinin(Alban Katolikosluğu) mövcudluğu xeyli araşdırılıb. Maraqlı fakt odur ki, müridizmin Qafqazda yayılması ilə Alban Həvari Kilsəsinin ləğvi üst-üstə düşür. 1836-cı ildə Rusiya bu kilsəni ləğv edib Erməni Qriqorian Kilsəsinin tərkibinə verdi. Bu kilsə Çar Rusiyası üçün Qafqazda yayılan müridizimin, eyni zamanda İslamın qarşısını kəsmək üçün ən böyük qüvvə idi. Amma bağlanıldı. Səbəb? Səbəb kimlərəsə inandırıcı görünməyə bilər. Amma bu belə idi: bu regionda Alban-türk mövcudluğunun kökünü kəsmək”.
Namiq müəllim bu məqaləsində Şamil haqqında geniş şərh verməyə və onun haqqındakı qaranlıq mətləbləri açmağa müvəffəq olmuşdur:
“Yenidən qayıdaq Şamilə. Qafqazın bütünlüklə işğal olunması rusların apardığı açıq siyasətin tərkib hissəsi idi, amma bu siyasətin görünməyən hissəsi ondan ibarət idi ki, ruslar Qafqazda mövcud olan Türk məfhumunu tamamilə silmək istəyib. Əslində Qafqaz müharibəsi işğal müharibəsi deyildi, bu sırf ideoloji müharibə idi. İlk baxışdan Xristianlıq kimi görsən də, türklərin inandığı, inanc gətirdiyi Səma Tanrısı(Tenqriçilik) dinini birdəfəlik silmək üçün Şamil və Müridizm hərəkatı ən əlverişli vasitə idi. Ona görə də ruslar Alban Kilsəsini “uf”demədən ləğv etdilər və islamda dərin kökləri olmayan müridizmin geniş vüsət almasına göz yumdular. Hacı Muraddan fərqli olaraq Şeyx Şamil son döyüşdə nədənsə ölənə qədər döyüşməyib və təslim olub. Adətən, əsl qəhrəmanlıq etalonu belədir: sona qədər döyüşmək. Nədənsə, bu qədər qəhrəmanlığından bəhs etdiyimiz adam, eyni zamanda azadlıq mücadiləsi aparan şəxs sonda əsirlik həyatı yaşamağa razı olub. Şamilin əsirlik həyatı da maraqlıdır. Bu qədər təhlükəli düşmənə ruslar həddindən çox mülayimlik göstərib. Bu faktlardan biri Çarın Şeyx Şamilə təyin etdiyi yüksək pensiyadır. Bu fakt niyə maraq doğurur? Amma digər faktlar da var. Uşaqlarına xüsusi imtiyaz və İmperator sarayında xidmət təklif olunub. Kaluqada Şamilin yaşadığı ev üç mərtəbəli, çay kənarında yerləşən gözəl bir saray olub. Maraqlıdır ki, Qafqazı fəth edən general Yermolovun evi Şamilin evindən fərqli olaraq kiçik daxmaya bənzəyibvə ona Çar cüzi pensiya təyin edib. Bundan belə nəticə çıxır ki, Qafqazı Yermolov yox, Şamil fəth edib?! Qeyri-rəsmi olsa da, belə bir məlumat var ki, İngilis xəfiyyəsi arxivində Şamilin şəxsi işi var. Orda onun “verbovka”olması və müsəlmanlaşdırılması təsvir olunub. Şamil hərəkatından ən çox zərər görən Azərbaycanın şimal-qərb zonası olub. Sonda onu qeyd edim ki, Şeyx Şamil və Müridizm hərəkatının nəticəsində bizlər-türklər növbəti dəfə qazandıqlarımızı itirdik. Həm də məsələnin çətin tərəfi odur ki, indi bunları öyrənmək, araşdırmaq çox çətindir”. Mən özüm də Gənc Yazar kimi Namiq müəllimin fikirlərinə şərik çıxıram.
Qafqazın şimalında yaşayan bir çox Türk mənşəli xalqlar: Avarlar, çeçenlər, inquşlar, kabardinlər, balkarlar, qaraçaylar, çərkəzlər, qumıqlar, muğallar İslama və Türkçülük məfhumuna yad və çox-çox uzaq olan bir dini-hərbi-siyasi ideologiyanın təsiri altına salınaraq milli özünüdərkdən məhrum edildilər. Amma bir məsələni də vurğulayım ki, Şimali qafqazda yaşayan Müsəlman türklər əvvəl ənənəvi islama itaət edirdilər. Sonradan “Qüreyş övladları” və “Seyyid” adları altında ora-Şimali qafqazın Dağıstan və Çeçenistan bölgələrinə gələrək məskunlaşan yəhudilər ruslara qarşı Cihad adı ilə müsəlmanları ayağa qaldırdılar. Sonradan dağlıların hərbi-siyasi liderlərinə çevrilən Qazi Məhəmməd, Həmzət bəy, Şeyx Şamil kimi başıpozuq insanlar isə bu yalanlara inanaraq özlərini bədbəxt etdilər, xalqı adət-ənənədən əl çəkməyə çağıraraq Şəriətlə həyat sürməyə məcbur etdilər. Onların beyininə yalnız “Müsəlman” adı yeridilmişdi. Bu millətlər öz soylarını tanımır və kim olduqlarını bilmirdilər, yalnız bir ideologiyaya xidmət etməyə məhkum olmuşdular. Tarixdə belə bir hadisə baş vermişdi: Ruslar İngilis kəşfiyyatının əlində oyuncağa çevrilmiş “Vəhhabi” əqidəli Şeyx Şamili əsir götürüb aparanda, Sankt-Peterburqda ondan soruşmuşdular: “Sən türksən?” Cavabında isə tərcümeyi-halında yazılan anası Avar türkü və atası isə Qumıq türkü olan Şamil belə demişdi: “Mən müsəlmanam”. Axı İslam belə ola bilməz, mənəvi azaqlıqlarını öz əlləri ilə təmənnasız verən insanlar necə də bədbəxt və zəlildirlər. Bu işlərin arxasında dayananlar Allahın dinini dəyişdirmək istəyənlərdir ki, onu ənənəvi halından çıxartmaq istəyirdilər. Qafqazda Türk amilinin yox olmasında həm ruslar və həm də ki, ingilislər maraqlı idi. Onları birləşdirən ümumi cəhət elə onların türklərə qarşı olan sonsuz düşmənçiliyi idi. Nəhayət, məqsədə nail oldular. Təbii ki, bu məsələdə yəhudilərin çox böyük rolu olmuşdur. Məsələn, XI əsrdədə Bizans və erməni-gürcü bloku Türk-müsəlman amilini Qafqazdan yox etmək istəyirdi, amma onların bu mənfur planlarını qanı qanımızdan olan Səlcuq türkləri iflasa uğratdı və onların bu istəyi həyata keçmədi. Rus-ingilis ittifaqının alçaq niyyətini isə iflasa uğradan bir qüvvə tapılmadı.
Ruslar istəyirdilər ki, Qafqazı işğal edəndən sonra gələcəkdə onların siyasətinə qarşı çıxanlar olmasın, buna görə də Şimali qafqazda Müsəlman türkləri ayağa qaldırdılar ki, onlar döyüşlərdə məhv olsunlar. Necə ki, məhv edildilər də...... İşğaldan sonra çoxu Sibirə sürgünə göndərildi. Neçə min Çeçen və Çərkəz din qardaşları hesab olunan ölkələrə-Azərbaycana və Osmanlı imperiyasına pənah apardı. Qalanlar isə iki qrupa bölünürdü: Bitərəf olanlar; bunlar öz canlarının və ailələrinin salamatçılğı üçün dözüb vətənlərində qaldılar, digər qrup isə ruslara satılanlar idi ki, onlar da vəzifə və mənsəb xatirinə vaxtı ilə kafir hesab etdikləri düşmənə qoşuldular. Hətta azərbaycanlılardan da bu döyüşlərə qoşularaq şəhid olanlar çox idi.
Ərtoğrul Mehdizadə

Şərhlər

XƏBƏR LENTİ