yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Kişilərin arzuladığı qadın, həyatda istədiyini tapmayan "şahzadə"

Kişilərin arzuladığı qadın, həyatda istədiyini tapmayan
4-05-2017, 17:46 141 973 dəfə baxılıb
yüklənir...

Dövrün əfsanəvi kinorejissorları qapısında yatırdı, amma onun tək bir xəyalı vardı. Səssiz, sakit bir ailə həyatı qurmaq... Bütün tənqidçilər onu tərifləyərdi, adına mükafatlar yağdırardılar, lakin o, heç vaxt özünü əsl aktrisa kimi görməzdi. Dünya onun gözəlliyindən danışırdı, amma o, daim özünü sıravi bir xanım kimi aparırdı. Söhbət "Hollywood"un ən sevilən aktrisalarından biri olan Odri Hepberndən gedir.
Bu cazibədar qadının həyatındakı dönüş nöqtələrini sizlər üçün xatırladırıq.
Onu tanıyanlar Odri Hepbernin sadəcə mükəmməl bir aktrisa deyil, eyni zamanda dünyanı daha yaxşı bir vəziyyətə gətirməyə çalışan səmimi bir insan olduğunu bildirirlər. Uşaqkən utancaq və səssiz bir qız olan aktrisa müsahibələrinin birində belə deyir: "Öz-özümə oyun oynamağı hər şeydən çox sevərdim. Birinin məni anlamasını çox istəyərdim".
O, aktrisa olmağı heç zaman düşünmür, İkinci dünya müharibəsindən sonra pul qazana bilmək üçün səhnə arxasında işə başlayır. Müvəffəqiyyəti erkən yaşlarda dadan Odri 1953-cü ildə baş rolunu ifa etdiyi "Roma tətili" filmi ilə öz adını dünyaya tanıdır və "Ən yaxşı aktrisa" nominasiyasında "Oskar" mükafatını qazanır.
Əfsanəvi fransız modelyer Hubert de Jivanşini Odrinin onun üçün ən böyük ilham qaynağı olduğunu bildirib: "Onu düşünmək beynimi yeni fikirlərlə doldurmaq üçün kafi idi".
Müsahibələrinin birində aktrisa böyük və xoşbəxt ailə qurmağı arzuladığını, səhərə qədər davam edən partilərdə və moda təqdimatlarında iştirak etmək yerinə evdə yemək bişirməyi və işdən gələn ərini sevgi dolu bir həyat yoldaşı kimi qarşılamağı xəyal etdiyini bildirib.
"Boşanmaq istəmədim, o sözdən xoşum gəlmir, nifrət edirəm. Həmişə bir dəfə ailə qurmağı istəmişəm", - deyə o, ilk evliliyi haqqında danışarkən qeyd edib. Ana olmaq onun ən böyük xəyalı olub və ilk övladını 30 yaşında dünyaya gətirib.
O, heyvanları sevirdi. İllər ərzində evinə bir neçə heyvan - it, pişik, hətta Pippin adında vəhşi bir maral da alıb.
Onun ən çox bəyəndiyi rolu "The Nun's Story" filmində oynadığı "Sister Luke" ("Rahibə Lyuk") obrazı olub. Aktrisa "Məhəbbət yolu" filminin çəkilişləri zamanı tərəf müqabili Albert Finneyə aşiq olur və onunla sevgi macərası başlayır. İkilinin ortaq dostları olan İrvin Şeyv bu münasibəti belə izah edirdi: "Birlikdə möhtəşəm bir şey yaşadılar. Yalnız bir-birlərinin anlaya biləcəyi zarafatlar edirdilər".
1988-ci ildə vaxtsız ölümünə qədər UNİCEF-in xüsusi səfiri vəzifəsini yerinə yetirərək, aclıq çəkən və müharibənin dəhşətlərini yaşamış uşaqlara yardım göstərib, müxtəlif humanitar yardım layihələrində yaxından iştirak edib. Amerikanın ən yüksək mülki mükafatı olan "Prezidentin Azadlıq medalı"nın sahibi olub.
Odri ailəsinin genetik xəstəliyi olan xərçəngə tutulub və 63 yaşında vəfat edib. Yaxınları onun haqqında "Çətin, lakin maraqlı və qeyri-adi həyat yaşadı. Bəzən kədərli, bəzən də sevincli və məhəbbət dolu idi", deyiblər
İnanılmaz bir sevgi arzusu və o sevgini vermək üçün ehtiraslı bir ehtiyacla doğulduğunu deyən aktrisanın sevgini belə təsvir edirdi: "Eşq ən bənzərsiz töhfədir. Nə qədər çox versəniz, bir o qədər çox qazanarsınız".


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: istediyini, qadin, arzuladigi, tapmayan, Kishilerin, shahzade, heyatda
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

27-05-2017


26-05-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ