SON DƏQİQƏ
XalqXeber.Az » Köşə » MƏMURLAR SİZİ XEYRİYYƏÇİ OLMAĞA SƏSLƏYİRƏM

MƏMURLAR SİZİ XEYRİYYƏÇİ OLMAĞA SƏSLƏYİRƏM

Tarix:

27-03-2017, 12:42

/ 4 873 dəfə oxundu.
MƏMURLAR SİZİ XEYRİYYƏÇİ OLMAĞA SƏSLƏYİRƏM

Məmur, məmur ki, deyirik çoxları bu sözün nə demək olduğunu bilmir. Bəlkə də məmur adını daşıyanlar da bu sözün mənasını anlamır. Onların keçmişdə yaşamış xeyriyyəçilərimiz, məmurlarımız barəsində də təsəvvürləri yoxdur. Məmur sözünün- mənası vəzifə,xidmətçi, qulluqçu deməkdir. İndi məmurlar bu sözün mənasını öyrənib, başa düşəcəklər ki, səhv ediblər. Dövlətə necə xidmət ediblərsə, xalqa da o cür xidmət etməli idilər. Lakin etməyiblər. Hamı bilir ki,əhalinin ən imkanlı təbəqəsi məmurlardır. Şairlərimizdən biri dünyanı dörd əllə qucaqlayıb buraxmayanlar barəsində belə deyib:
“Ah mən gündən-günə bu gözəlləşən işıqlı dünyadan necə əl çəkim”. Bu gözəl dünyadan heç kəs əl çəkmk istəmir. Xüsusən də varlılar .Lakin elə yaşamaq lazımdır ki, Allaha da xoş getsin. Xeyirxahlıqdan danışarkən əvvlcə keçmiş xeyriyəçilrimizi yada salaq. Onların adları aşağıda göstərilir: 1.Hacı Zeynalabdin Tağıyev
2.Ağa Musa Nağıyev,
3.Ağabala Hacıqulu oğlu Quliyev,
4.Aşurbəyova Nabat Xoca qızı,
5.Gövhər ağa,
6.Hacı Hacı ağa bəy Dadaşov,
7.Hacı Zeynalabdin Tağıyev,
8.İsa bəy Əbdülsalam bəy oğlu Hacinski,
9.Murtuza Muxtarov,
10.Şəmsi Əsədullayev,
11.Teymur bəy Aşurbəyov,
12.Teymur bəy Qulubəyov,
13.Yusif ağa Dadaşov.
Onlardan bəzilərnin gördüyü işlərlə tanış olaq.
AĞA MUSA NAĞIYEV.
Ağa Musa Nağıyev bakılı mesenant və xeyriyyəçi idi. O, şəhərin mərkəzində. “Cəmiyyəti xeyriyyə” üçün möhtəşəm İsmailiyyə binasını inşa etdirmişdi. Bu bina ilə yanaşı orta məktəbin tamamlanmamış üçüncü mərtəbəsinin inşasını da öz üzərinə götürmüşdü. O, həmçinin şəhərdə xəstəxana tiktirmiş və Bakının su təchizatı üçün xeyli pul xərcləmişdi. Musa Nağıyevin maddi dəstəyi ilə 28 May küçəsində Qoşa Qala qapıları, Nizami küçəsində operanın yaxınlığında yaşayış evi,Azərbaycan prospekt Mərkəzi Poçtun köhnə binası, Ngar Rəfibəyli küçəsində qanuni yaşayış binası, Səməd Vurğun küçəsdə (Zabitlər evi), “Astoriya və yeni Avropa” mehmanxanaları kimi möhtəşəm tikililər tikilmişdi. O, ilk ort məktəbin qəyyumluğunu üzərinə götürərək, hər il 25 müsəlman uşaqdan ibarət siniflərin əlavə olunmasına və hazırlanmasına nail olmuşdu. Bunun nəticəsi olaraq qısa müddət ərzində müsəlman şagirdlərin sayı 50 faizə çatmışdı.
HACI ZEYNALABDİN TAĞIYEV.
H.Z. Tağıyev neft yataqları,dəyirmanlar, zavodlar sahibi və böyük balıq sənayeçisi idi. O,eləcə də ticarət və yük gəmilərnin sahibi idi.Yevlaxda və Qubada Atlıxanın yaxınlığında meşələri vardı. Hacı həmçinin Ənzəli və Rəşt şəhərlərinin ərazisində meşələrə, İranda karvansaraya, Moskvada 4 mərtəəli böyük saray və digər şəhərlərdə bina və tikililərə malik idi.
Bütün müsəlman aləmində məşhur olan H.Z.Tağıyev müsəlman, rus, erməni və yəhudi xeyriyyə cəmiyyətlərinin fəxri sədri seçilmişdi. Onun dövründə çap olunan Qəzet ,və jurnallar, yaradılan cəmiyyətlər ilk növbədə Tağıyevin adı ilə bağlı idi. Tağıyev bu işlərdə bir növ təşkilatçı rolunu oynayırdı. Xeyriyyə məqsədilə yaradılmış cəmyyətlər ya Tağıyevin şəxsi iştirakı, ya da onun fəal köməkliy ilə yaradılırdı. İlk xeyryyə cəmiyyəti olan “Müsəlman Xeyriyyə Cəmiyyəti” 1905-ci ildə yaradılmışdı. Onun hesabına Azərbaycanın oğul və qızları İngiltərə, Almaniya, Fransa və Rusiyada təhsil almışlar. Nəriman Nərimanov, Məmmədəmin Rəsulzadə və başqaları onun köməkliyi ilə təhsil almışlar.
Tağıyev və yuxarıda adları qeyd olunan xeyriyyəçiilər barədə çox yazmaq olar. Əgər Onları dərindən öyrənmək istəsəniz internet saytlarına müraciət edin. Məlumdur ki, ən gözəl insani keyfiyyətlərdən biri xeyirxahlıqdır.İnsan insanın dostu, yoldaşı və qardaşıdır. Təmənnasız, heç br əvəz olunmadan edilən yaxşılıqdır. Bunun üçün insanlar bir-birinə dayaq olmalı, həyati gözəlliklər və dünyadan zövq almağı bacarmalıdır. Həyatda elə adamlara rast gəlinir ki, bütün ömrü boyu var- dövlət yığır, özünü oda-közə vurur xəzinə toplayır. Son qisməti isə 5-10 metr ağ parça olur. Öləndən sonra tez bir zamanda unudulur. Heç kimn yadına düşmür. Var-dövlətini isə uşaqları dağıdır.Elə insnlar da var ki, son qəpiyini belə xalq millət yolunda xərcləyir.
Ölkəmizdə başqalarının maddi köməyinə mənəvi dəstəyinə, nəvazişinə ehtiyacı olanlar çoxdu. İmkanı çatan hər kəs taleyin sınağa çəkdiyi bu insanlara dayaq durmalı, onların qəlbindəki yşamaq eşqini sönməyə qoymamalıdır.
H.Z.TAĞIYEV yazırdı:”Bütün işlərimlə yanaşı fikrim-zikrim xalqımı xoşbəxtliyə, işıqlı gələcəyə, tərəqqiyə çatdırmaqdır.Məqsədə yetmək üçün çoxlu məktəb açmaq lazımdır. Çoxlu Kitab, məcmuə və qəzet çap etdirib, hər yerə-uzaq şəhər və kəndlərimizə göndərilməlidir”.
Baxaq görək bizim indiki məmurlarımız necə, xeyryyəçiliklə məuşğul olublar? olublarsa necə? Yəni Hacı ZeynalabdınTağıyev kimi hərəkət ediblərmi?
Əhalinin kasıb təbəqəsiinə, az təminatlı ailələrə, gənclərə kömək ediblərmi? Qəzetlərdə, jurnallarda, sosial şəbəkələrdə, televziyalarda onların xeyriyəçilik etməsindən xəbəri olanlar varmı? Əlbətə yox.
Yəqin bu yazını oxuyandan sonra Məmurların içərisində canlanma baş verəcək. Yəni oyanacaqlar. milyarderlər, və milyonerlər əhalinin kasıb təbəqəsini nəzərə alaraq. Təşəbbüs göstərib fond yaxud cəmyyət yaradcaqlar. Öz vəsaitlərindən bu fonda köçürəcəklər. Qalan imkanlı adamları da bu tədbirə qoşulmağa çağıracaqlar. Beləliklə fonda ,mlyonlarla vəsat toplanacaq. Bu xeyriyyəçilk işində təkcə milyarderlər, milyonerlər yox iş adamları, deputatlar, müğənnilər də iştirak edə bilər. Soruşacaqsınız müğənnilər niyə? Bu yaxınlarda xanım müğənnilərdən bii öz qızına 720 manata 1kq alça alıbdır. Deməli onlar da imkanlı hesab olunmalıdır. Ümumiyyətlə kimin nəyə gücü çatarsa bir o qədər də köməklik göstərər.
Fonda yığılan puldan, xalqın maddi rifah halını yaxşılaşdırmaq olar. Məsələn müəllimlərin maaşını fondun hesabına. heç olmasa 500 manata qaldırmaqla onlara xeyli köməklk göstərmək olar. Məlumdur ki, regionlarda dərs saatı çatışmır 6 saat dərs deyən müəllimlər 120-130 manat maaş alır. Müəllim 500 manat maaş alarsa 6 saat dərs desə heç olmasa 250 manat maaş alar. Ailələrini bir təhər dolandırar. Həkimlər də həmçinin. Yaxud ölkədə yaşlı, köməksiz, müalicəsi xarrcdə mümkün olan, xəstə insanlara, gənclərə, ev tikmək, toy etmək, qızlara cehiz almaq tələbələrin təhsil haqqını ödəməklə köməklik etmək olar. Bu ölkəmizin imicini həm daxildə, həmdə xaricdə artıra bilər. Ölkəmiz tolerant ölkə olmaqla yanaşı, xeyirxah ölkə adını da ala bilər. Adamlarımızın xeyirxahlığı hər yanda danışılar.İndiki zamanda dövlətin inkişafı xalqın rifahı ilə ölçülür. Əgər bir nəfər xəstədirsə, dərman ala bilmirsə, xaricə müalicəyə gedə bilmrsə , yaxşı qidalana bilmirsə, dövlət də onlara kömək edə bilmirsə, onda fondlar və cəmiyyətlər köməyə gələr. Müharibə şəraitində olan dövlətimiz hamıya köməklik göstərə bilməz. Hər nə varsa dövlətin üstünə yıxmaq düzgün deyil. Dövlətin özünə köməklik lazımdır.
Əgər imkansız insanlar varsa evinə 1kq ət alıb apara bilmirsə milyonerin yaxud varlı birisinin gözünə necə yuxu gedə bilər . Elə varlılar var ki, restoranda 1500-2000 manat xərcləyir, toylarına milyonlarla pul sərf edir. Bir yeməkdən ötrü xaricə gedib-gəlir. Dubayda 11 min 500 avroluq hoteldə qalır,təyyarəsi var. Avtomaşınlarını, villalarını saymaqla qurtarmır. Övladlarnı xaricdə oxutdururlar. Dİgəl ki, xeyirxah işlər görməyə həvəsləri yoxdur.
Məmurların nə qədər vəsaiti olduğu həbs olunan MTN-i işçilərinuin məhkəməsində bəlli oldu. oğurladıqları pullar xalqın puludur. Haram yolla əldə olunmuş pulları
Qaytarıl büdcəyə, yaxud yaradlmış fondlara köçürmək lazımdır ki, kasıbların maddi vəziyyətini yaxşılaşdırmağa sərf olunsun. Yaxşı olardı ki, bu mərhəmətsiz, zalım insanların məhkəmə prosesi televiziyalar tərəfindən transliyasya olunardı. xalq bu oğruları, quldurları, qudurmuşları, rüşvətxorları, kanalzasiyadan su içənləri əyani surətdə görüb tanıyardı.
Bu adamlar nəinki xalqa eyni zamanda dövlətə də qənim
kəsiliblər. Dövlətin inkşafnı ləngidməyə çalışıblar.
Rabitə və nformasiyalar nazirliyində gedən mənimsəmələr bunu sübut edir.
Məmurların hesabına dünyanın ən xöşbəxt ölkələri sırasında Azərbaycan 85 ci sırada yerləşir. Yoxsa bizim Danimarkadan nəyimiz əksikdir. Danimarkanın dövlət qruluşunu nəzərdən keçirək
Danimarka səyahət etmək və yaşamaq üçün dünyanın ən sakit və sülhsevər ölkəsi sırasında iknci yerdədir. Ölkə hər zaman hərbi toqquşmalardan uzaq dayanır və daha çox iqtisadiyyatını gücləndirməyə köklənir. Danimarkada bu uğurun səbəbi olkədə keçirilən islahatlar və çox müdrik dövlət siyasətinin nəticəsidir. Sağlamlıq məsələsi, gender bərabərliyi sosial dəstək və məsuliyyət əsas prioritet məsələlərdəndir. Danimarkalılar çox köməksevər, optimist və bir-birilərinə yardım edəndirlər. Paytaxt Kopenagen ən məşhur veloşəhərdir.Fərqli və oxşar cəhətləri özünüz müəyyənləşdirin.
Biz Sovet dövründə xaricə, sosialist ölkələrinə, Sovet İttifaqının bütün şəhərlərnə ekskursiyaya yaxud gəzməyə, istirahətə gedərdik. Moskvanı su yoluna döndərmişdik. Indi maddi çətnliklər üzündən Bakıya belə gedə bilmirk. Deyirik vətəni sevmək lazımdır. Yaxşı bir atalar məsəli var.” Halva-halva deməklə ağız şirin olmaz”. Vətəni sevmək üçün, səyahətə çıxmaq gərəkdir.. Vətəndaş vətənin daşını, çınqılını torpağını çayını, gölünü, dənizini, meşəsini görmədən onu necə sevə bilər. Məmurlar imkanı olmayan vətəndaşlarımıza Xarici ölkələrə, Azərbaycanımızın rayonlarına ekskursiyalar vasitətəsilə səyahətlər təşkil edə bilərlər. Əgər məmurun imkanı var, bunu etmək istəmirsə, laqeydlik göstərirsə, buna nə ad vermək olar. Gəlin baxaq bizim icra başçılarımızdan kimlər öz hesablarına bir məktəb, bir xəstəxana, bir irimərtəbəli bina tikdirib xalqın istifadəsinə verib? Heç biri. Yadımdadır 50-60-cı illərdə raykom katibləri iş yerinə piyada gedirdilər, daima xalqın içəisində olurdular. Xalqın kədəri, sevinci ilə bölüşürdülər. Indi icra başçılarını görmək belə hər adama qismət olmur. Onlar yalnız öz mənafelərini güdürlər,özləri üçün çalışırlar. Halbuki onlar xaraktercə nəcibliyi, insanpərvərliyi, qayğkeşliyi mərhəmətliyi və diqqətçilliyi ilə seçilməlidirlər. Lakin bəzi icra başçılarında bu kyeyfiyyətlər yoxa çıxıbdır. Onlar heç öz işçiləri ilə də yaxşı rəftar etmirlər, villalarında muzdlu yolla işlətdikləri fəhələrə həqarətlə baxır, incidib təhqir edirlər. İşlədib pullarını vermirlər. Alacaqları maaşı həftələrlə, aylarla yubadırlar. Onlarla qul kimi rəftar edirlər. Onların bu acınacaqlı halına yanan da tapılmır. Artıq onlar da başa düşməlidirlər ki, eldarkimilərin aqibəti onları da gözləyir.İnsafa gəlin yığdığınız pulların heç olmasa cüzi hissəsini xalqa xərcləyin. Axı pullar xalqındır.
Millət vəkilləri də xalq üçün çalışmalı Milli Məclisdə xalqı düşündürən məsələlər ortaya qoymalı xalq üçün yaşamalıdırlar. Axı onlar millətin vəkilidirlər.
Əfsuslar olsun ki,bizim televiziyalarda məmurlar barəsində məlumatlar verilmir. Biz onlar haqqında məlumatları internetdən öyrənirik. Məmurlar barəsində nələr yazılmır. Əslində icra baçıları hansı rayona başçılq edirsə o rayon haqqında ildə bir dəfə televiziyada çıxış edib, gördüklər işlər barədə xalqa məlumat verməlidirlər.
Televiziy verilişlərinə çox vaxt müğənniləri, onların ailə üzvlərini, aktyorları dəvət edirlər. Məmurlar isə unudulur . Elə bil ölkəmizd problem yoxdur. Əgər problem varsa, mütləq müzakirə olunmaldır. Türkiyənin Beyaz TV-da “Söyləməzsəm olmaz” verilişinin aparıcıları ölkədə baş verən neqativ halları müzakirəyə çıxarırlar. Verlişi o qədər maraqlı aparırlar ki, istər-istəməz dinləmək istəyirsən.Mənə elə gəlir ki, Türkiyənin Beyaz televizyasından bizim televiziyalar yararlansalar yaxşı olar.
Vicdanı pak, nəfsi təmiz olan , icra başçıları elə xeyirli işlər görməlidir ki, xalqın yadında qalsın və gələck nəsllər onları yad etsin.
Hər bir məmur memarlıq cəhətdən elə gözəl bina tikdirə bilər ki, xaricdən gələn nümayəndələri həm də turistləri valeh edə bilər və tarixə düşər. Bunu onlar özlərinə malikanələr tikdirərkən sübut ediblər. Məmurlar xeyriyyəçilik etmək üçün bir- biri ilə yarışa girməli, özləri üçün yox, vətən üçün, xalq üçün, dövlət üçün çalışmalıdırlar.
Xeyirxahlıq yaxşılıq, düzlük, ədalət zərbələrə məruz qala bilər. lakin heç vaxt məhv edilə bilməz.
Mən inanıram ki, xeyriyyəçilik işinə xaricdə yaşayan milyarderlərimiz Fərhad Əhmədov, Mübariz Mənsimov,Vahid Ələkbərov da kömək etməyə hazırdır. Hələ Moskovada, Rusiyanın başqa şəhərlərində də fonda yardım etmək istəyənlər olacaq. Onları səfərbər etmək lazımdır.Bu işi böyük təşkilatçılq qabliyyətinə malik olan bir nəfərə həvalə etmək lazımdır.Xülasə, xeyriyəçilik məqsədilə fondlar, cəmiyyətlər təşkil etmək istəyənlərə müvəffəqiyyətlər arzulayıram.

Məmurlar. Əhalinin kasıb təbəqəsini yaddan çıxarmayın. Allahdan qorxun.
Ev ünvanı: Heydər Əliyev prospekti 10. Mənzil 39.Sadıqov Arif. Ali dərəcəli müəllim.

Şərhlər

XƏBƏR LENTİ