SON DƏQİQƏ
XalqXeber.Az » Köşə » ''Mübarizə atılan daş gənc bir qızın atdığı daş deyil'' Siyasi məhbus, Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə zindandan yazır…

''Mübarizə atılan daş gənc bir qızın atdığı daş deyil'' Siyasi məhbus, Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə zindandan yazır…

Tarix:

28-12-2018, 12:09

/ 5 695 dəfə oxundu.
''Mübarizə atılan daş gənc bir qızın atdığı daş deyil'' Siyasi məhbus, Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə zindandan yazır…

“Daş atanı deyil, o daşı atdıranları qınayın

Əziz soydaşlarım!

Mən həbsdəyəm, baş verən hadisələrdən bir çox hallarda gec xəbər tuturam və təbii olaraq da olanlara gec münasibət bildirməyə məcburam.

İlk olaraq onu bildirim ki, son dövrlər baş verənlər, şəhid Mübariz İbrahimov haqqında yazılanlar, şəhid ailələrimizin üzləşdiyi çətinliklər, onlara edilən haqsızlıqlar Azərbaycan vətəndaşı olaraq məni də narahat etməkdədir.

Əsiz soydaşlarım, hər bir xalqın dəyərləri, müqəddəs bildiyi, toxunulmaz saydıqları var. Şəhidlər də bu dəyərlərdən biridir və Mübariz İbrahimova qarşı gənc bir qızın yazdıqlarını ancaq dövlət kanallarından izləyə bildim. Mübariz Azərbaycanın təkcə şəhidlik deyil, həm də mübarizlik, vətənpərvərlik zirvəsidir, bu üzdən ona qarşı yönəlmiş hər hansı inkarı da bu dəyərlərin inkarı kimi anlamaq gərəkdir. Ancaq, əzizlərim, Mübarizə atılan daş gənc bir qızın atdığı daş deyil, bu üzdən də onu daşqalaq etmək lazım deyil. O daşı onun əlinə verənlər, illərdir bu ölkədə dəyərləri məhv edənlərdir. Daşı atanı deyil, o daşı onun əlinə verənləri qınamaq gərəkdir. O daşı verənlərsə Prezident Administrasiyasında əyləşib.

Əziz soydaşlarm, məhz o daşı verənlər bu gün şəhid ailələrini küçələrdə süründürür, gözünün yaşını tökür. O daşı verənlər illərdir ki, bu xalqın bütün dəyərlərinə, müqəddəs bildiyi hər şeyə daş atmaqla məşğuldur. Bu gün şəhid ailələrinə edilən haqsızlıq, zülm elə şəhidlərimizin ruhuna edilən zülmdür. O üzdən də biz, Müsəlman Birliyi Hərakatı, bəyan edirik ki, şəhid ailələrinin yanındayıq, onlara edilən zülmü pisləyirik.

Əzizlərim, zülm edənin zülmünə susmaq o zülmə şərik olmaqdır. Bu, müqəddəs dinimizin təməl prinsiplərindən biridir ki, zalımın zülmünə təslim olmayacaqsan. Susmaq bütün hallarda qızıl deyil, zülmə susmaq Allahın bizə ərməğan etdiyi azadlığımızı zalıma təslim etməkdir.

Unutmayın, Allah zülmə tabe olanları sevməz. Uca yaradanın sevgisini qazanmaq təkcə ibadətdən keçməz, həm də zalıma qarşı dirənişdən keçər.

Tale Bağırzadə, Qobustan həbsxanası"

Şərhlər

XƏBƏR LENTİ