yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

"Fatehləri ver bizə ”

25-08-2018, 10:35 218 dəfə baxılıb

Politoloq, jurnalist, şair Elçin Mirzəbəylinin ” Fatehləri ver bizə ” şeirini təqdim edirik:

Dövlət bayram keçirir – millət matəm içində,
Analar yaylığının ucuna dərd düyünlər

“Lotu Quli”nin həbs olunduğu deyilir
Qubad İbadoğlu: “Bir müddət sonra Aİ-92 markalı benzin və dizel də bahalaşacaq”
Uşaq bağçasında bayraq biabırçılığı – VİDEO
NRYTN-də kütləvi ixtisar – Ramin Quluzadə YAP-çıları işdən çıxarır
…Bir millət yallı gedir
rəhbərə qəm içində,
qaçqın çadırlarında
dərd toylar, dərd düyünlər
Körpə ovuclarından səpələnir çiçəklər –
Küçələr qan içində…
Hələ mürgü döyənlər yuxudan ayılmayıb
Şuşada, Xankəndində
tapdalanmış ləçəklər…
Xocalıdan, Murovdan
qan izi yuyulmayıb…
Bu nə atəşfəşandı Bakı gecələrində,
Bu nə haray, bu nə səs,
bu nə “qurban bayramı”
Qırmızı gölməçələr Bakı küçələrində
Kiminin qanı batır – kiminin can bayramı!
Şəhid qızı əl açıb
gözlərini gizləyir…
Bu şəhid anasıdır qapı döyən…
Millətim!
Şəhid oğlu növbədə qurban payı gözləyir –
Başçısı bayram edir
ağı deyən millətin.
İlahi! Kölə olduq yenə qazi yerinə,
Bu zülmün tapdağında
inləyənə nə gəlib?!
Körpə dodaqlarında “ata” sözü yerinə
Sıyrılır mədhiyyələr –
dinləyənə nə gəlib.
Nə qədər söz dayanıb yenə ucuz növbədə
Bu şərəfsiz taleyin qədərinə yol gedir.
Beş ildi qeyrətimiz,
namusumuz növbədə
Ərəb şeyxlərinin çadırına yol gedir…
Dövlət bayram keçirir…
sıra durub polislər –
Düzülüb qoşun-qoşun,
düşmənlə döyüş kimi.
Pəncərəmin önündən şütüyür
“Mersedes”lər –
Erməni musiqisi ucalır söyüş kimi.
Döz, yenə döz! Dözümmü axır damarlarında –
Bu dəhşətə gözünü kim dedi yum,
millətim.
Bəlkə də son ümidin çıxır damarlarından
Yenə durub baxırsan
Yenə… məzlum millətim
Hanı Fateh qüdrətin, niyə gözə görünmür?!
Kim pozub yaddaşını- kölə öyrədilmisən.
Boz qurd Ergenekonda…
daha bizə görünmür –
Bir ufaq quzu kimi ələ öyrədilmisən.
Nə qədər ki, susmusan –
kiçiləcək torpağın,
Yenə də dar olacaq bu yurd,
bu el, yer bizə.
Sıyır qəzəb qılıncın,
qaldır göyə bayrağı-
Süpür generalları, fatehləri ver bizə!


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

15-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ