SON DƏQİQƏ
XalqXeber.Az » Köşə » Tale Bağırzadəyə xanımından məktub: "Hacıcan, bu çətin, amma çox-çox şirin bir imtahandır"-ZİNDANNAMƏ

Tale Bağırzadəyə xanımından məktub: "Hacıcan, bu çətin, amma çox-çox şirin bir imtahandır"-ZİNDANNAMƏ

Tarix:

5-06-2018, 17:02

/ 4 840 dəfə oxundu.
Tale Bağırzadəyə xanımından məktub: "Hacıcan, bu çətin, amma çox-çox şirin bir imtahandır"-ZİNDANNAMƏ

Əziz oxucularımız, on iki ayın sultanı olan Ramazan ayının gəlişi münasibət ilə hamınızı təbrik edirik. Allah ibadətlərinizi və dualarınızı qəbul etsin.

Müqəddəs Ramazan ayının ilk günündən vetenugrunda.az saytı "Zindana məktub..." layihəsinə başlayıb.

Bu gün zindanlarda yüzlərlə günahsız insanımız olmayan suçunun cəzasını çox ağır şəkildə çəkir.

Sizlərin bu müqəddəs ayda onlara ürək sözlərinizi, fikirlərinizi ifadə edən məktublarınızı çatdırmağı özümüzə borc bildik. Siz zindanlarda məhkumluq həyatı yaşayan, isti yuvasından, doğma od-ocağından, əzizlərindən ayrı düşən məhbuslarımıza məktub yazın. Məktublarınız vetenugrunda.az saytında yayımlanacaq.

Layihə Ramazan ayı boyunca davam edəcək və eyni zamanda bütün məktublar "Zindannamə" adlı kitabda işıq üzü görəcək.

Məktublarınızı [email protected] ünvanına və facebook səhifəmizə (Vətən Uğrunda İctimai-Siyasi Qəzet) göndərə bilərsiniz.

Layihəmizə qoşulan hər kəsə təşəkkürümüzü çatdırırq.

Bu məktubu Müsəlman Birliyi Hərəkatının sədri, şərlənərək 20 il müddətinə azadlıqdan məhrum edilən Tale Bağırzadənin xanımı Leyla İsmayılzadə göndərib.

"Hacıcan, bu çətin, amma çox-çox şirin bir imtahandır"

"Salam olsun İmam Heseyni(ə.s) hər zaman özünə örnək götürən şəxsə!

Salam olsun işgəncələr zamanı Allahu Əkbər zikrini edən şəxsə!

Tək bir sual… Ancaq sualı verənlər fərqli insanlar... Ömürlük həbs... Bir ömür boyu həbsxana yolları, 3 övlad və çətinliklər…

Hacı, bir gün bacılardan biri eyni sualı verdi və mən də hər zaman verdiyim eyni cavabı verdim. Amma nədənsə bu dialoq məni 2 gün düşündürdü. Deyilən çətinliklər, verdiyim cavablar məni düşündürdü. Düşündükcə, yenidən Qurani Kərimin Bəqərə surəsinin 286-cı ayəsini, yəni "Allah kimsəni çəkə bilməyəcəyi yüklə yükləməz" ayəsini xatirladım. Düşündüm. Allah biz bəndələrini cox sevir, bəndərini ucaltmaq, mükafatlandırmaq üçün imtahan edir. Məsumlarımız da buyurub: Allah sevdiyi kəsləri imtahan edər.

Allah bizi sevib,-seçib bu gözəl imtahanda görmək istəyib. Mənim haqqım varmı, çətinliklərdən qorxum? Bir haldaki, Allah özü şahiddir o cətinliklərə, o zülümlərə. Bir daha bunları düşündüyüm üçün anladımki, indiyə kimi hər kəsə doğru cavab vermişəm.

Hacı, bəzən mənə çiyinlərində ağır yük daşıyırsan deyirlər. Neçə ildir bu sözü anlaya, dərk edə bilmirəm. Hacı, bu insanlar hansı yükdən danışırlar? Nədir yük olan? Allahın xüsusi rəhmətinimi yük hesab edirlər? Bizi-bizdən, valideynlərimizdən cox sevən Allahın məxsus nəzəri niyə insana yük olsun? Hacı, Allah şahidimdir bu imtahanları, bu günləri, bugünkü vəzifəmi özümə yük bilmirəm. Düzdür çətindir amma çox-çox şirin bir imtahandır. Necə ki Xanım Zeynəb(ə.s) dedi: Kərbəlada gözəllikdən başqa bir şey görmədim.

Bəli, bunun üçün Allaha hər nə qədər şükür etsək belə azdır. Bilirəm bu günlərdə Allah bizlərə məxsusi nəzər edir. Bunlar Allahın bir lütfüdür bizə. Əgər Allah səbr, dözüm verməsə mən kiməmki səbr edəm?

Hacıcan, bəzi insanlar övladlarımızın maddiyyatla bağlı suallarına narahat deyiləm deyə cavab verirəm və əminəmki, səndə narahat deyilsən.

Bilirsənmi, niyə narahat deyiləm? Bir gün Süleyman peyğəmbər görür bir balaca quş dimdiyində buğda dənəsi gətirir dənizdəki bir iri balığın ağzına qoyur və balıq dənizin dibinə baş vurur. Süleyman peyğəmbərin marağına səbəb olur və quşdan bunun nə olduğunu soruşur. Quş Allahın izni ilə dilə gəlib söyləyirki, dənizin dibində daşın içində kor qurd yaşayır. Allah onun ruzisi üçün bizi seçib. Balıq həmən buğda dənəsini qurdun evinin qarşısına qoyur və qurd həmən buğda ilə qidalanır. Ogündən fikirləşdimki, kor qurdu ruzisiz qoymayan Allah ona xatir, İslam üçün zindan həyatı yaşayan insanın ailəsini, övladlarınımı ruzisiz qoyacaq?

Dövlət ittihamçısı sənə ömürlük həbs istəməyinə baxmayaraq, 25yanvar günü hakim sənə 20 il oxudu. Mən həmin gün sənə ömürlük həbs verilmədiyi üçün təəssüfləndim. Bilirsənmi niyə təəssüfləndim? Sizi həbs etdirən zalımlara anlatmaq istədim ki, Hüseynçilər yalnız deyillər. Xanım Zeynəb(s.ə)i özünə örnək götürən xanımlar hər zaman onların yanındadırlar. Ömürlük həbslər-20 il, 18 il, 17 il, 15il həbslər siz Hüseynçiləri bu yolda yalnız qoymağa biz Zeynebçilər üçün əsas deyil.

Hacıcan, səninlə, məhbus qardaşlarımızla və canlı Şəhidimizlə qürur duyuram. Sizlər dünya və axirətdə başımızı uca etdiniz. Allah başınızı daim uca etsin. Amin.

Allahın izni ilə son nəfəsimə kimi, hər zaman sənin yanındayam. Haqqın üzərimdə böyükdür, müəllimim oldun, bunları mənə sən öyrətdin əməllərinlə. Səni kimi dostumun, sirdaşımın, ailə başçımın olması Allahın böyük lütfüdür mənə.

Hə, birdə Hacıcan, bu o demək deyilki, sizin 20 il, 18 il, 15 il sonra həbsxanadan çıxmağınızı sakit oturub gözləyəcəyik. Düzdür, Xanım Zeynəb(s.ə) "Kərbəlada gözəllikdən başqa bir şey görmədim" dedi ancaq Kərbəladan Şama qədər əsirlər karvanında olsa belə, Kərbəla həqiqətlərini insanlara çatdırdı. Kərbəla hadisəsini bu günə qədər insanlara tanıdan Xanım Zeynəb oldu. Xanım Zeynəb(ə.s) bizə gözəl nümunədir. Bizim qəhrəmanımızdır. Bizlər də, haqqı tanıtmaq üçün Hüseynlərin Zeynəbi olmağa çalışacıyıq. Bizlər də, Allahın izni ilə Nardaran hadisəsini hər yerdə, hər kəsə tanıdacağıq.

Allah səni, bütün məhbus qardaşlarımızı və canlı Şəhidimizi qorusun. Amin!

2018-3 iyun."

YADDAŞ

T.Bağırzadə 2015-ci il noyabrın 26-da həbs olunub. O, dövlət çevrilişinə cəhd, terrorçulu, qanunsuz silah saxlama və s. ittihamlarla 20 il azadlıqdan məhrum edilib. İlahiyyatçı Qobustan həbsxanasına köçürüləndən sonra onun haqqında CM-nin 317-2.1 (cəzaçəkmə müəssisəsi və ya istintaq təcridxanasında saxlanılan şəxsin qadağan olunmuş əşya hazırlaması, daşınması və ya istifadəsi) maddəsi ilə yeni cinayət işi başlanıb.

İttihama görə, ötən il iyulun 31-də Qobustan həbsxanasında ilahiyyatçının üzərindən yeddi ədəd "microSD" tipli yaddaş kartları aşkar edilib.

T.Bağırov ittihamları rədd edir və hər iki cinayət işinin saxta olduğunu bildirir.

Şərhlər

XƏBƏR LENTİ