yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

“Mən nələr yaşadım, mənə nələr yaşatdılar!!!”-AĞRI

“Mən nələr yaşadım, mənə nələr yaşatdılar!!!”-AĞRI
28-02-2018, 11:27 1 695 dəfə baxılıb

Sağ ol, Evez Zeynalli

Vicdan min şahidə bərabərdir!
Stefan Sveyq!

2011-ci ilin bu vaxtlarıydı. Dəqiq bu vaxtlarıydı. Üç il idi Evez Zeynalli ilə küsülüydüm. Əvəz bəy dəfələrlə mənim kürlükdən qol qoyduğum bu küsülülüyə son qoymaq üçün bayramlarda təbrik mesajları yazmışdı, üz-üzə gələndə əl uzatmışdı, təsadüfən rast gəldiyimdə stoluna dəvət etmişdi, amma və lakin… inad etmişdim. acığa düşmüşdüm. Amma 2011-in elə bu vaxtlarında… ac, susuz, yalquzaq kimi gəzdiyim vaxtlarda, şappadan götürüb Əvəzə zəng elədim, halbuki əvvəllər Anar Niftəliyev də halımı görüb demişdi ki, Aydın, get Əvəzlə işlə, başqa meydanımız, imkanımız yox, bəsdir kin saxladın, “yox” demişdim.
– Əvəz, salam. Aydındı, Canıyev.
– Salam, qardaş. Eşidirəm..
– Məni “Xural”ın bölgə müxbiri təyin elə cənub üzrə, gəlim vəsiqəni götürüm. Ətraflı gələndə danışacam.
– Oldu, qardaş…
Elə bil ağ yuyub qara sərdiyim, çay yuxarı buraxıb, çay aşağı gəzdiyim Əvəz deyildi – halbuki bilirdi e, hikkəmdən gələn iftiralarımı…
Və mən getdim bölgə müxbiri…
Bu an, bu gün niyə xatırladım?
Əvəzlə görüşəndə vəsiqə hazır idi, hamı heç nə olmamış kimi qarşıladı redaksiyada, təkcə “Yaska” dediyim Yasəməndən başqa. Gətirdiyi çaya bütün zəhərini tökmüşdü, dediyini də dedi çıxdı.
“Yaska” mənimlə sərbəst danışmağa haqqı olan və icazə verdiyim idi, burasını da deyim.
Həə, Əvəzlə görüşəndə bircə söz soruşdu:
– Qardaş, bu dostlar (adlarını çəkə-çəkə) sənin bu gününə niyə razılaşıblar ki?
– Mən elə onlara elə də demişəm: siz məni təzədən Əvəzin qapısına göndərdiniz! Lənət olsun sizə!
– Sən Əvəzin qapısına yox, öz evinə gəlibsən!
p.s. Mən Əvəzə deyəndə o sözləri, Əvəzin adını çəkdiyi dostlarıma hələ elə deməmişdim. Ancaq Əvəzin adını sadaladığı dostlar məni bir daha və yenidən Əvəzin yanında görəndə soruşmuşdular ki, yenə də Əvəz, onda demişdim! Mən tutulanda Əvəz onların üzünə demişdi dediyimi.
Və… bu gün mənim yubileyimin Təşkilat Komitəsinin sədri Əvəz Zeynallıdır!
… Mən nələr yaşadım!
… Mənə nələr yaşatdılar!


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ