SON DƏQİQƏ
XalqXeber.Az » Köşə » Leyla Əliyeva: O qədər hiyləgər, cılız, gücsüzsən…

Leyla Əliyeva: O qədər hiyləgər, cılız, gücsüzsən…

Tarix:

9-10-2017, 09:34

/ 61 302 dəfə oxundu.
Leyla Əliyeva: O qədər hiyləgər, cılız, gücsüzsən…

Leyla Əliyevanın şeirini təqdim edirik:

Səni aynalarda canlı görürəm…

Səni aynalarda canlı görürəm,

Kölgətək arxamca gəlirsən mənim.

Gecələr qəlbimə bıçaq sancılır,

Qara əməlini mən hiss edirəm!

Ayrıldıq səninlə yaxın günlərdə,

Məni nə əhf etdin, nə də unutdun.

Qarşımda diz üstə sən çökdüyündə

Bəlkə də oyuna daldım, ovundum!

O qədər hiyləgər, cılız, gücsüzsən,

Qəlbimə tor çəkib, düyünləmisən.

Bilirəm, nə qədər mənfur olsan da,

Bəzən bir ehtiyac duyuram sənə!

Sən kimsən? Söyləyim mən çaşanlara,

Ruhumu oxuya bilməyənlərə,

Artıq möcüzəyə inanmayana,

Lakin gecələri yol gözləyənə:

İiblissən, kədərsən, həm də cəhənnəm,

Qəlbləri ram edib, sən məhv edirsən.

Bəlkə də kim bilir, bu cür yaxşıdır,

Kədərin özü də bəzən doğmadır!

Yenə gözlərinlə qarşılaşdım mən;

Sevgim də nifrətə artıq çevrilmir

Bəzən kin – sevməyi bizə öyrədir!

Odur ki, qal dostum mənim yanımda,

Bu fürsət qoy artıq qalsın yadında.

Gülümsə kədərə, qaç ondan uzaq,

Bu axşam əzabdan gəl ləzzət alaq!

(Tərcümə edəni: Aynur Nurlu)

Şərhlər

XƏBƏR LENTİ