yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Ağrıyan yerinizə sevgiliniz toxunarsa... – TƏBİİ AĞRIKƏSİCİ

Ağrıyan yerinizə sevgiliniz toxunarsa... – TƏBİİ AĞRIKƏSİCİ
31-08-2017, 10:36 140 389 dəfə baxılıb
yüklənir...

Sevgi ən güclü duyğulardan biri, bəlkə də birincisidir. Bəzilərinin xoşbəxtlikdən ayaqlarını yerdən kəsir, işlər yolunda getmədikdə isə depressiya, hətta intihar hədiinə də gətirib çıxarır. Türkiyəli həkim mütəxəssis Gani Eser bu hisslərin eyni zamanda ağrıkəsici xüsusiyyətə malik olduğunu deyir. Mütəxəssisin bu haqda maraqlı fikirlərini təqdim edirik.

Sevgi hisslər arasında ən qarmaqarışıq və ən çətin təhlil edilənidir. Təsiri altına girənin ruh halını dəyişdirən sevgi ətrafa fərqli enerji yayılmasına səbəb olur. 2010-cu ildə aparılan araşdırmalardan biri sübut edib ki, ağrı zamanı toxunuşlar və sevgi hissləri yaxşı təsir edir. Sadə bir misal çəkək: hər hansı bir yeriniz ağrıdıqda və ya zədələndikdə əlinizi həmin yerə qoyduqda ağrı azalır. Dolayısı ilə, sevgi də bunun daha güclü ağrıkəsici formasıdır. Mütəxəssis bildirir ki, xoşbəxtlik hormonunu fəaliyyətə gətirən sevgi yaratdığı ruh halı və təsirləri ilə də bu cür gücə malikdir: “Yolda gedən zaman öz-özünə gülən insan gördünüzsə, deməli, o, aşiq olub. Çünki sevgi xoşbəxtlik hormonunu fəaliyyətə gətirir. Bədən və zehin bu gözəl vəziyyəti pozan hər bir hala qarşı çıxa bilir. Sevginin cazibəsi təbii görünmür bəzən. Aşiqlər arasında izah edilməyən bir bağ yaranır”.

Sevgi qarşılıqlıdırsa, gücü artır

Xüsusən də qarşılıqsız və ya platonik sevginin, psixoloji təsirlərin, daha doğrusu psixoloji məhvin də sevgi qədər gücü var. Əgər insan öz-özünə “görəsən, bu sevgidir” deyirsə, cavab mənfidir. Aşiq olan insan ruhi vəziyyətinə diaqnoz qoymağa çalışmaz, sadəcə yaşayar. Əgər hisslər qarşılıqlıdırsa, sevginin gücü artır. İki insanın ətrafına yaydığı enerji dərhal hiss edilir. Onlar üçün dünya dayanır, gözləri bir-birindən başqa heç nə görmür: “Sanki bir pərdə onları ətraf aləmdən ayırır. İfraz edilən xoşbəxtlik hormonları əvəzsiz hisslər yaradır. Lakin əgər sevgi tək tərəflidirsə, aşiq olan insanı çətin günlər gözləyir. Melanxoliya, içinə qapanma, üsyan, günahlandırma kimi hisslər bir-birinə qarışır. İnsan nizamını, yaşamaq nizam-intizamını itirir və intihara qədər gedə biləcək bir depressiya yaşayır”.

Sevgi elə bir bənzərsiz hissdir ki, verdiyi həzlə çəkdirdiyi əzab hər an bir-birini əvəz edə bilər. Qayğı istəyir, qayğı görmədikdə isə hormonlar tərsinə işləyir və insan depressiyaya girir. Bu hisslər uzun müddət davam edə bilmir. Yavaş-yavaş pərdə qalxır, bir-birinin qüsurlarını görməyə başlayırlar və xəyal qırıqlıqları baş verir. Hormonlar normal səviyyəyə qayıtdıqda eşq sevgiyə çevrilir: “Eşqdən fərqli olaraq sevmək qarşı tərəfi qüsurları ilə qəbul etmək, dəstəkləmək və həyatda birlikdə addımlamaqdır. Dalğalı dəniz kimi eşq yerini sevgiyə verdikdə münasibətlər sağlam formada davam edir. Lakin eşq bitdikdə qayğı da yox olur və bir tərəfin israrı digər tərəf üçün əziyyətə çevrilir”.

Qısa olaraq, eşq gözəldir. Lotoreya biletindəki uduş kimi nadir hallarda ortaya çıxır. Yaşadıqda gözəl olur, bitdikdə insanı çökdürür. Hər bir gözəl hissin sonu olduğu kimi, eşqin də sonu olduğunu bilmək bu zaman heç bir işə yaramır. Sadəcə olaraq bizə qalan yaşayan zaman hiss etdiklərimizdir.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: sevgiliniz, Agriyan, toxunarsa, TEB, AGRKESC, yerinize
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

21-09-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ