SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Zaur Hüseynov müşavirinə yüksək vəzifə verdi - FOTO

Zaur Hüseynov müşavirinə yüksək vəzifə verdi - FOTO

Tarix:

25-01-2019, 17:32

/ 1 098 dəfə oxundu.
Zaur Hüseynov müşavirinə yüksək vəzifə verdi - FOTO

“Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov tikinti departamentinin rəisi Şaiq Eyyubovu vəzifəsindən azad edib.

Unikal.org-un əldə etdiyi məlumata görə, Zaur Hüseynov Şaiq Veyis oğlu Eyyubovu pensiya yaşına çatdığına görə, tutduğu vəzifəsindən azad olunması ilə bağlı əmr imzalayıb. Ş.Eyyubovun yerinə isə bir neçə ildir QSC sədrinin tikinti üzrə müşaviri vəzifəsində çalışan Məzahir Nəbiyev təyin edilib.

Təyinat xəbərini Unikal.org-a “Bakı Metropoliteni” QSC -nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov təsdiqləyib.

Qeyd edək ki, Şaiq Veyis oğlu Eyyubov uzun illər «Azərsənayetikinti» Dövlət Şirkətinin prezidenti vəzifəsində çalışıb. 8.11.2018-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev Şaiq Eyubova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam da imzalamışdı.
Zaur Hüseynov müşavirinə yüksək vəzifə verdi - FOTO
Zaur Hüseynov müşavirinə yüksək vəzifə verdi - FOTO

Şərhlər

XƏBƏR LENTİ