SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Siraqəddin Cabbarovu Səbailə başçı gətirirlər? - İDDİA

Siraqəddin Cabbarovu Səbailə başçı gətirirlər? - İDDİA

Tarix:

14-08-2018, 11:09

/ 1 676 dəfə oxundu.
Siraqəddin Cabbarovu Səbailə başçı gətirirlər? - İDDİA

Daha bir rayonda rəhbər dəyişikliyi gözlənilir. Bu barədə Nazirlər Kabinetindəki mötəbər mənbə məlumat verib.

Xəbəri verən qaynağın iddialarına görə, yaxın vaxtlarda hazırda Saatlıya rəhbərlik edən Siraqəddin Cabbarov vəzifəsindən azad olunacaq. Mənbə bildirir ki, artıq bu barədə müzakiərələr gedir.

Qeyd edək ki, 10 ildir ki, Saatlıya başçılıq edən Cabbarov Siraqəddin Nəcəf oğlu - 15 dekabr 1959-cu ildə İmişli rayonunda anadan olmuşdur. 1981-cı ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. İxtisasca mühəndis-mexanikdir.

Əmək fəaliyyətinə 1981-ci ildə Bakı Metaləritmə zavodunda mühəndis-texnoloq kimi başlamış və 1992-ci ilə kimi həmin zavodda komsomol komitəsinin katibi, baş metallurqun müavini, zavod idarəetmə xəttinin rəisi və zavod həmkərlar komitəsinin sədri kimi vəzifələrdə çalışıb.

28 avqust 1992-ci ildən 25 aprel 2008-ci ilə kimi Binəqədi rayon İcra Hakimiyyəti başçısı aparatında Mənzil sahələrinin qeydiyyatı və bölüşdürülməsi şöbəsinin müdiri, Təsərrüfat şöbəsinin müdiri, Sosial-iqtisadi məsələlər şöbəsinin müdiri və başçının müavini vəzifələrində işləyib.

Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2008-ci il tarixli 2776 №-li Sərəncamı ilə Saatlı rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir. Beş övladı var.

Danışan mənbə bildirir ki, Siraqəddin Cabbarovun Bakı rayonlarından birinə - "bəlkə də Səbail rayonuna" rəhbər təyin olunacağı haqda da xəbərlər dolaşır.

DİA.AZ

Şərhlər

XƏBƏR LENTİ