SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “İrşad Electronics”-ə qarşı ciddi ittiham – “Telefonları saxtadır”

“İrşad Electronics”-ə qarşı ciddi ittiham – “Telefonları saxtadır”

Tarix:

11-07-2018, 12:03

/ 1 878 dəfə oxundu.
“İrşad Electronics”-ə qarşı ciddi ittiham – “Telefonları saxtadır”

“İrşad Electronics” şirkətinin satdığı “Xiaomi” model ağıllı telefonların saxta olduğu iddia edilir.

Minval.info xəbər verir ki, “İrşad Electronics” “Xiaomi” markasının Azərbaycandakı rəsmi distributorudur. Buna görə də, adıçəkilən modeldə telefon almaq istəyənlərin əksəriyyəti həmin mağazalara üz tutur, rəsmi distributorun orijinal malları satışa çıxardığına inanırlar.

Ancaq şikayətçilər bildirir ki, yenicə aldıqları telefonlar isinməyə başlayır, yavaş işləyir. Buna görə də, iddialar səslənir ki, əslində “İrşad Electronics” birbaşa şirkətin özündən deyil, başqa yollarla gətirilmiş orijinal olmayan smartfonlar satır.

Bu cür iddiaların həqiqəti əks etdirib-etdirmədiyini öyrənmək üçün “İrşad Electronics”lə əlaqə saxladıq.

Şirkətin əməkdaşı Rüfət bəy bildirib ki, tək “Xiaomi”lərdə deyil, istənilən telefon markasında nə zamansa problem ola bilər:

“İrşad Electronics” “Xiaomi” smartfonlarının rəsmi distributorudur. Saxta telefon satışından söhbət gedə bilməz. Sadəcə ola bilər ki, hansısa telefonda problem olub. Bu zaman şikayətçi texniki mərkəzə yaxınlaşır, araşdırılır ki, problem istehsalçının səhvi ucbatından baş veribsə, akt hazırlanır, telefon yenisi ilə əvəzlənir.

İstənilən markalı telefonda nə zamansa problemlə qarşılaşmaq mümkündür. Anlayıram ki, yeni alınmış telefonda problem yaşanması xoş hal deyil. Ona görə də, bütün məhsullarımıza zəmanət verilir, həmçinin 14 gün içərisində geri qaytarmaq və dəyişmək imkanı yaradılır.

Yəni, müştəri telefonu alıb, baxır, problem olarsa, elektronik cihaz öz funksiyalarını düzgün yerinə bilməzsə, gətirib qaytarır və ya yenisi ilə əvəzləyir”.

Şərhlər

XƏBƏR LENTİ