SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bakıda iki qadın kişi üstündə davaya çıxdı - Biri bıçaqlandı

Bakıda iki qadın kişi üstündə davaya çıxdı - Biri bıçaqlandı

Tarix:

18-12-2017, 10:32

/ 1 366 dəfə oxundu.
Bakıda iki qadın kişi üstündə davaya çıxdı - Biri bıçaqlandı

Bakıda qadın ərinin sevgilisini bıçaqlayıb.

Hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, rayonun İlyas Aslanov küçəsində 1994-cü il təvəllüdlü Babayeva Aynurə Fazil qızı Əliyar adlı şəxsin həyat yoldaşı ilə əlbəyaxa dava edib. Nəticədə qadın A.Babayevaya 6 bıçaq xəsarəti vurub. O, yaralı halda xəstəxanaya yerləşdirilib. Məlum olub ki, hadisə qısqanclıq zəminində baş verib. Belə ki, Əliyarın (soyadı məlum deyil) həyat yoldaşı A.Babayevanı ərinə qısqanıb.

Hadisəni törədən qadın saxlanılıb. Fakt üzrə araşdırmalar davam etdirilir.

Şərhlər

XƏBƏR LENTİ