yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Banklardakı dollar satılmır: Avqusta 500 milyon dollarlıq hazırlıq görülür

Banklardakı dollar satılmır: Avqusta 500 milyon dollarlıq hazırlıq görülür
17-07-2017, 12:53 142 352 dəfə baxılıb
yüklənir...

2017-ci ilin yanvar-may aylarında Azərbaycan bankları 527,18 milyon dollar satıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə azdır. Bu barədə Mərkəzi Bankın statistikasından məlum olur. Bundan başqa, hesabat dövründə banklar 8,77 milyon funt sterlinq, 106,16 milyon avro və 852,67 milyon rubl satıblar. Maraqlıdır, dolların satışının azalmasına səbəb olan amillər hansılardır? İndiki şəraitdə dollara tələbat azlasa da ekspertlər payızdan etibarən valyutanın daha da bahalaşacağını proqnozlaşdırır.

İqtisadçı-ekspert Natiq Cəfərli açıqlamasında bu ziddiyətə aydınlıq gətirib. O bildirib ki, dollara tələbatın azalması ölkədə alıcılıq qabiliyyətinin, əhalinin gəlirlərinin aşağı düşməsi ilə əlaqədardır: “Rəsmi rəqəmlər də, dollara olan alıcılıq qabiliyyətinin aşağı düşməsi, idxal əməliyyatlarının azalması da bunu sübut edir”.

İqtisadçı qeyd edir ki 17 faizə yaxın idxal əməliyyatlarının azalması dollara olan tələbatı zəiflədib: “Bu, əlbəttə ki, ciddi rəqəmdir. İdxalın azalması valyutaya olan tələbatı zəiflədib. Bundan başqa Azərbaycan Mərkəzi Bankı tərəfindən nağd hesablamalar, əməliyyatlara qadağaların qoyulması da valyuta əməliyyatlarının azalmasına səbəb olub”.

İqtisadçının qənaətincə ,bu proses uzunmüddətli ola bilməz: “Çünki daxildəki iqtisadi aktivliyin azalması daha böyük problemlərə yol aça bilər. İşsizlik, insanların gəlirlərinin azalması çox böyük problemlərə yol açır”.

Payızda isə dollara tələbatın artmasının əsas səbəblərindən biri yeni tədris mövsümünün başlanması olacaq: “Avqustdan başlayaraq valideynlər övladlarını məktəbə hazırlayacaqlar. Bildiyimiz kimi, ölkədə 1.5 milyon şagird, tələbə və müəllim yeni tədris ilinə başlayacaq. Ölkədə pozandan, çanta və geyimədək heç nə istehsal edilmir. Məktəb mövsümü ilə əlaqədar ölkədə təqribən 500 milyon dollar civarında ölkədə tələbat yaranır. Hər bir şagirdin məktəb mövsümünə hazırlığı 200-300 manat təşkil edir. Manat dollara çevrilir və ölkəyə idxalın artmasına səbəb olur. Ölkə daxilindəki bu amil xaricdəki proseslərlə eyni vaxta düşdükdə daha effektli ola bilər. Federal Ehtiyatlar Sistemi yenidən uçot dərəcəsini qaldıracaq”.

Bu hadisələrin fonunda ölkədə ciddi devalvasiya gözlənilirmi?

İqtisadçı-ekspert bir neçə ay ərzində neftin ucuzlaşmasının da ölkədəki iqtisadi duruma təsir etdiyini bildirərək sualı cavablayıb: “Hazırda neftin qiyməti ilə bağlı problemlər yaşanır. Necə ki, son iki ayda neftin qiymətində 12 faizədək azalma olub. Yenidən azalmalar müşahidə oluna bilər. Neftin qiyməti 40 dollar səviyyəsinədək enə bilər. Bu amil də manatın dəyərdən düşməsini sürətləndirər. Bütün bu amillərə rəğmən qeyd edim ki, kəskin devalvasiya gözlənilmir”.

Cebhe.info


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: dollarliq, Avqusta, satilmir, gorulur, 500, hazirliq, dollar, milyon, Banklardaki
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-07-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ