yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Elman Rüstəmov bankirlərlə toplantı keçirdi – Manat müzakirəsi

Elman Rüstəmov bankirlərlə toplantı keçirdi – Manat müzakirəsi
27-01-2017, 16:01 747 dəfə baxılıb

Bu gün Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının rəhbərlərilə görüş keçib

Bank sistemindən daxil olan məlumata görə, görüşdə bəzi məsələlər müzakirə edilib, eyni zamanda E.Rüstəmov tərəfindən bank rəhbərlərinə bir sıra göstərişlər verilib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov görüş barədə açıqlama verib.

O bildirib ki, bu, Elman Rüstəmovun kommersiya banklarının rəhbərlərilə ilk görüşü deyil: “Bu görüşlər mütəmadi xarakter daşıyır. Son vaxtlar milli valyutanın “üzən məzənnə” siyasətinə tam keçilməsi üçün işlər aparılır. Prosesi yekunlaşdırmaq üçün müəyyən danışıqlar gedir, banklarda olan vəziyyət araşdırılır”.

V.Əhmədov bildirib ki, bu cür görüşlər Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən də keçirilir: “Hər iki qurum iqtisadi vəziyyəti stabilləşdirmək istəyir. Çünki bank sistemində, manat-dollar münasibətlərində problemlər qalmaqdadır”.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

25-06-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ