SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Prezident büdcədən 14 milyon ayırdı

Prezident büdcədən 14 milyon ayırdı

Tarix:

8-07-2017, 09:05

/ 117 336 dəfə oxundu.
Prezident büdcədən 14 milyon ayırdı

Azərbaycan Prezidenti İlham Əliyev Sabirabad rayonunun Qalağayın-Osmanlı-Çöl Beşdəli-Zalqaraağac-Çöl Ağaməmmədli-Azadkənd-Muğan Gəncəli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

xalqxeber.az xəbər verir ki, sərəncamda deyilir:

“1. Qırx bir min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Qalağayın-Osmanlı-Çöl Beşdəli-Zalqaraağac-Çöl Ağaməmmədli-Azadkənd-Muğan Gəncəli avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 14,4 milyon (on dörd milyon dörd yüz min) manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

Şərhlər

XƏBƏR LENTİ