SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Bu vergi ödəyicilərinə sanksiya tətbiq edildi

Bu vergi ödəyicilərinə sanksiya tətbiq edildi

Tarix:

21-06-2017, 14:10

/ 55 691 dəfə oxundu.
Bu vergi ödəyicilərinə sanksiya tətbiq edildi

2017-ci ilin yanvar-may ayları ərzində vergi nəzarəti tədbiri keçirilən 942 obyektdə pozuntu faktları aşkar edilib.

Bu barədə Vergilər Nazirliyinin Vergi öhdəliklərinin icrasına nəzarət departamentinin baş direktoru, baş vergi xidməti müşaviri Zeynalabdin Məmmədzadə məlumat verib.

Bildirib ki, pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına və malların qaimə-faktura, elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası əsasında alınmasına nəzarət məqsədilə 1042 obyektdə yoxlama aparılıb. Nəticədə 32 milyon 936,1 min manat həcmində uçotdan gizlədilmiş pul vəsaiti, 41 milyon 99 min manat məbləğində uçotdan gizlədilmiş mallar aşkar edilib.

Z.Məmmədzadənin sözlərinə görə, həmin vergi ödəyicilərinə ümumilikdə 5 milyon 454,6 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

“Nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunan tələblərə əməl olunması üzrə hesabat dövründə 55 obyektdə keçirilən vergi nəzarəti tədbirləri nəticəsində 31 obyektdə qanunvericiliyin tələblərinin pozulması faktları aşkar edilib. Pozuntuya yol verən vergi ödəyicilərinə 119,9 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib”.

Şərhlər

XƏBƏR LENTİ