SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » İki başçısı olan Qaraçuxur qara çuxurda - Abutalıbovun məhəlləsindən REPORTAJ

İki başçısı olan Qaraçuxur qara çuxurda - Abutalıbovun məhəlləsindən REPORTAJ

Tarix:

19-06-2017, 15:55

/ 62 101 dəfə oxundu.
İki başçısı olan Qaraçuxur qara çuxurda - Abutalıbovun məhəlləsindən REPORTAJ

Qaraçuxurun yolları elə adı kimi qara çuxur, çala-çuxurdur. İstəyirsən Ərəblinka deyilən istiqamətdən, istəyirsən ənənəvi yol olan "Razin talkuçkası” tərəfdən Qaraçuxura get - eyni cəhənnəmi yaşayacaqsan.
Bu qəsəbə Suraxanı rayonunda ən baxımsız qalan yerdir. Ən dəhşətlisi odur ki, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov Qaraçuxurda yaşayır.
Onun evi olan küçənin yolları alayarımçıq asfaltlanıb, qalan ərazilər isə darmadağındır. Hətta bu günlərdə Bakı meri yağışdan gölməçəyə çevrilmiş küçənin nə vəziyyətdə olduğunu görsə də, xidməti avtomobilinə minərək işə gedib.
Bu əhvalatı bir yerli sakin danışıb. Onun sözlərinə görə, Qaraçuxurun yollarının fəlakət içində olması nə Suraxanı icra başçısı İlqar Abbasovun, nə də BŞİH rəhbəri Hacıbala Abutalıbovun tükünü tərpədir.
Məmurların özlərinin də gündəlik istifadə etdiyi yolun bərbad halda olması onları qəti şəkildə narahat etmir. Halbuki, Qaraçuxurun yolları Suriyanın Rakka şəhərindən geri qalmır - dağılmış, yamaq-yamaq, qazıq-qazıq, keçilməz vəziyyətdədir.
Bu yoldan hər gün istifadə edən sürücülərin bir ayağı maşın ustasındadır. Çünki avtomobillər tez-tez nasaz olur, təkərlər sıradan çıxır, disklər əyilir, razval-balans zərurəti yaranır.
Qaraçuxurdan Bakıxanov ticarət mərkəzinə qədər olan bu yol Əhməd Mehbalıyev küçəsi ilə Gənclik prospektinin kəsişdiyi yoldur.
Bu bərbad yolun tıxacsız günü yoxdur. Həmişə bu yolda sıxlıq var. Bir tərəfdən yolun darısqallığı, bir yandan dağılmış vəziyyətdə olması tıxaclara səbəb olur.
Qaraçuxurda nə normal bir park, nə yaşıllıq, nə bir düz-əməlli yol, nə Qaraçuxur yazılan lövhə var ki, bu qəsəbənin varlığını təsdiqləsin. Yeganə qəsəbədir ki, iki icra başçısı var, amma heç biri Qaraçuxurun qara dərdlərinə dərman eləmir...
İki başçısı olan Qaraçuxur qara çuxurda - Abutalıbovun məhəlləsindən REPORTAJ
İki başçısı olan Qaraçuxur qara çuxurda - Abutalıbovun məhəlləsindən REPORTAJ
İki başçısı olan Qaraçuxur qara çuxurda - Abutalıbovun məhəlləsindən REPORTAJ
İki başçısı olan Qaraçuxur qara çuxurda - Abutalıbovun məhəlləsindən REPORTAJ
İki başçısı olan Qaraçuxur qara çuxurda - Abutalıbovun məhəlləsindən REPORTAJ






Şərhlər

XƏBƏR LENTİ