SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Beynəlxalq Bank-ın "ağıllı" başbilənləri... - FOTOFAKT

Beynəlxalq Bank-ın "ağıllı" başbilənləri... - FOTOFAKT

Tarix:

15-06-2017, 11:05

/ 114 600 dəfə oxundu.
Beynəlxalq Bank-ın "ağıllı" başbilənləri... - FOTOFAKT

Bir neçə il əvvəl az qala ağız dolusu Beynəlxalq Bankın uğurlarından dəm vurur, bankı Cənubi Qafqazın lider bankı adlandırırdılar.
Vikipediya-da BB yazan kimi nələr yazılmırdı bu bank barəsində.
Dünyanın ən böyük mükafatlarını bu bank qazanırdı bütün sorğularda…
Amerikanın bir jurnalı BB-ni dünyanın ən sabit banklarından biri hesab edirdi…
Beynəlxalq Bank dünyada korrupsiyaya qarşı mübarizə aparan təşkilatlarla bir lojada otururdu.
Axırda məlum oldu ki, Beynəlxalq bankdan 10 milyard, bəzi məlumatlara görə 15 milyard pul yoxa çıxıb.
Və hazırda bank can üstədir. Bankı müflis elan etmək istəyirlər. Yazırlar ki, bank defolt olub. Və daha nələr yazılmır bu bank barəsində…
Bütün bunları adi oxucular da bilir və hər gün mediada oxuyurlar.
Redaksiyamıza daxil olan bir foto Beynəlxalq Bankın daha bir özəlliyindən “dilsiz-ağızsız” nələr danışmır.
Müştəri Beynəlxaq Bankın bankomatından pul çıxartmaq üçün mütləq evindən nərdivan gətirməlidir. Ya da Məşədi İbad kimi ayağının altında dombalmaq üçün özünə hambal axtarmalıdır və deməlidir ki, “Adəəə, hambal..”. Ki, əli bankomata bəlkə toxuna.
Ya da alpinist-zad olmalıdır.
Görəsən bu ağılasığmaz əməl Beynəlxalq bankın hansı “ağıllı”sının olmayan ağlının məhsuludur.
Yaxşısı budur ki, qoy hər kəs bankın bu əməli barədə özü düşünsün.
Deyəsən, Beynəlxalq Bank sözün hər mənasında nənəm demişkən, “banqro” olub.

Qafqaznews.az
Beynəlxalq Bank-ın "ağıllı" başbilənləri... - FOTOFAKT

Şərhlər

XƏBƏR LENTİ