SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Publik hüquqi şəxslər xidmətlərinə görə dövlət rüsumu alacaqlar

Publik hüquqi şəxslər xidmətlərinə görə dövlət rüsumu alacaqlar

Tarix:

3-06-2017, 10:19

/ 258 177 dəfə oxundu.
Publik hüquqi şəxslər xidmətlərinə görə dövlət rüsumu alacaqlar

Azərbaycanda publik hüquqi şəxslər göstərdikləri xidmətlərə görə dövlət rüsumu tuta biləcəklər.

Bununla bağlı “Publik hüquqi şəxslər haqqında” qanuna dəyişikliklər edilib.

Dəyişikliklərə əsasən, bəzi publik hüquqi şəxslər göstərdiyi hüquqi xidmətlərə görə dövlət rüsumu ala biləcəklər.

Belə ki, dövlət rüsumu dövlət orqanları tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən hüquqi xidmətlərə görə ödənilən haqdır. Lakin bir sıra publik hüquqi şəxslər ümumdövlət və ictimai əhəmiyyət kəsb edən funksiyalarından irəli gələrək “Dövlət rüsumu haqqında” qanunda nəzərdə tutulmuş xidmətləri göstərirlər. Buna görə də onlar qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu tuta biləcəklər.

Dəyişikliklərlə publik hüquqi şəxslərə törəmə publik hüquqi şəxs yaratmaq hüququ da verilir. Eyni zamanda, publik hüquqi şəxs nizamnaməsində nəzərdə tutulmuş halda təsərrüfat cəmiyyətləri yarada və ya onlarda iştirak edə bilər.

Qanun layihəsi Milli Məclisin mayın 31-də keçirilən plenar iclasında təsdiq edilib.

Şərhlər

XƏBƏR LENTİ