SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Neft Trampın qərarına görə ucuzlaşır

Neft Trampın qərarına görə ucuzlaşır

Tarix:

2-06-2017, 10:16

/ 91 791 dəfə oxundu.
Neft Trampın qərarına görə ucuzlaşır

ABŞ prezidenti Donald Trampın Qlobal İqlim Sazişindən çıxmasından sonra dünya birjalarında neftin qiymətində ucuzlaşma müşahidə olunur.

İCE London birjasında Brent markalı neft 0,975 faiz ucuzlaşaraq barelli 50,27 dollar olub.

WTI markalı neftin iyul fyuçersi isə 0,814 faiz ucuzlaşaraq barelli 47,93 dollardan satılıb.

İnvestorlar ehtiyat edirlər ki, Trampın bu qərarı ABŞ-da neft quyularının qazılması üçün təhrikedici ola bilər. Bu isə öz növbəsində bazarda “qara qızıl”ın qlobal bolluğuna gətirib çıxaracaq.

Şərhlər

XƏBƏR LENTİ