SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » "Yapı Kredi Bank"la bağlı ilginc iddia

"Yapı Kredi Bank"la bağlı ilginc iddia

Tarix:

26-05-2017, 09:50

/ 116 412 dəfə oxundu.
"Yapı Kredi Bank"la bağlı ilginc iddia

Son vaxtlar Azərbaycan mediasında “YapıKredi Bank”la bağlı müxtəlif məzmunlu məqalələr dərc olunur.
Dərc olunan yazıları əsasən 2 qrupa bölmək olar.
Şərti olaraq birinci qrupa aid etdiyimiz məqalələrdə bankın Fətullah Gülən şəbəkəsinə aid olması, bankda Gülənə məxsus çirkli pulların yuyulması və s barədə fikirlər yer alır.
İkinci qrupa aid etdiyimiz məqalələrdə isə daha çox bankın öz müştərilərinə yaratdığı problemlərdən bəhs edilir.
Tam səmimi olaraq qeyd edirik ki, bizim banka qarşı heç bir qərəzimiz olmadığı üçün bankın fəaliyyətini siyasiləşdirmək niyyətindən uzağıq.
Yəni “ YapıKredi Bank”ın Fətullah Gülənlə, yoxsa Ərdoğanla, lap Ərəb kralları ilə bağlılığı bizim üçün əhəmiyyət kəsb etmir.
Bankda çirkli pulların yuyulması da bizim deyil, Azərbaycan hüquq-mühafizə orqanlarının işidir. Qoy hər kəs öz işi ilə məşğul olsun.
Ona görə də şərti olaraq 1-ci qrupa aid etdiyimiz yazılar barəsində mülahizə yürütməkdən vaz keçib, 2-ci qrupa, yəni bankla müştərilər arasındakı problemlərlə bağlı fikirlərimizi bölüşmək istəyirik.
Vətəndaş bildirir ki, bir neçə il əvvəl Elmlər Akademiyasına yaxın olan ofisimizə “YapıKredi Bank”ın əməkdaşı gələrək bizə “WORLD kart” təklif etdi. Mən razılaşdım və şəxsiyyətimi təsdiq edən sənədi və jurnalist vəsiqəmin surətini alaraq getdi. Bir neçə gündən sonra bankın həmin əməkdaşı ofisimizə gələrək mənə “WORLD kart” təqdim etdi. Kartda 200 manat pul var idi. Mən hər ay vaxtlı-vaxtında bankın Elmlər Akademiyası metrosunun yaxınlığındakı filialında pulumu keçirirdim. Arada gecikmə olanda cərimə gəlirdi və mən növbəti ay gecikmə pulu ilə bərabər krediti ödəyirdim. Bir neçə dəfə bankdan zəng edərək məni məhkəməyə verəcəkləri ilə hədələdilər. Mən banka nə qədər pul borcum olduğunu soruşanda elə bir rəqəm dedilər ki, məəttəl qaldım və dedim ki, bu qədər borcum ola bilməz.
Tələb edəndən sonra ki mənim bu qədər borcum ola bilməz, bank əməkdaşı araşdırandan sonra mənə zəng edərək səhv etdiyini bildirdi. Mən hiss etdim ki, bank öz müştərilərini aldatmaqla məşğuldur. Ona görə də işimi ehtiyatlı tutaraq banka olan az miqdarda borcumu tam ödədim.
Sonra bankdan yenə mən zəng edərək banka borclu qaldığımı bildirdilər, həm də böyük məbləğ dedilər. Mən çarəsiz qalaraq bankın filialına getdim və nə qədər borcum olduğunu soruşdum. Mənə bildirdilər ki, 1 manat 40 qəpik borcun qalıb. Mən acıqla 2 manat ödədim və çeki alanda tələb etdim ki, çekin üstünə yaz ki, mənim sizə borcum yoxdur.
Əslində bu düzgün deyildi. Filial əməkdaşı heç nə başa düşməmiş kimi əlimdəki çekin üstünə imzasını qoydu. Mən bir də tələb etdim ki, kompüterə daxil ol və bax gör mənim Yapı Kredi Banka borcum varmı..? Əməkdaş könülsüz olaraq kompüterə girdi və dedi ki, sizin banka borcunuz qalmayıb.
Mən rahat nəfəs alıb iş yerinə qayıtdım. Üstündən 2 gün keçəndən sonra bankdan mənə zəng gəldi ki, banka borcunuz var. Bu dəfə heç cür səbr edə bilmədim və bankın əməkdaşını ağır formada təhqir etdim. Bankın əməkdaşı soruşdu ki, məni niyə təhqir edirsiniz..?
Mən də ondan soruşdum ki, siz məni neçə dəfədir ki, təhqir edirsiniz, mən də bircə dəfə sizi təhqir edirəm. Və mən baş verənləri ona danışdım.
Bankın əməkdaşı məsələni araşdıracağını deyib dəstəyi asdı. Bir neçə dəqiqədən son bankın əməkdaşı zəng edərək dəfələrlə üzr istədiyini bildirdi və dedi ki, əməkdaşlar səhv edib, kompüterdə nasazlıq olub. Mən onun üzrxahlığını qəbul etdim və düşündüm ki, problem bitib.
Bir neçə aydan sonra adıma olan Mercedes maşınını satanda məlum oldu ki, Sabunçu məhkəməsində Yapı kredi bankın mənim adıma iddiası var. Mən “Yapı kredi bank”ın mərkəzi ofisinə getməyə məcbur oldum.
Məni mərkəzi ofisdə bankın hüquqşünası qəbul elədi və orda başıma gələnləri təfsilatı ilə danışdım. Onlar dedi ki, indi sizə borcunuzun olmaması ilə bağlı rəsmi sənəd verəcəyik, apar ver Sabunçu icra şöbəsinə. Və məndən xahiş etdilər ki, ofisin 1-ci mərtəbəsində gözləyim. Mən soruşdum ki, neçə dəqiqə gözləyəcəm. Cavab verdilər ki, 10-15 dəqiqə.
Mən ofisin birinci mərtəbəsində polislərin yanında 1 saat gözləsəm də cavab gəlmədi. Mənim vəziyyətimi heç kim təsəvvür edə bilməz. Mən hər dəfə hüquq şöbəsinə zəng edəndə deyirdilər ki, bankın prezidentinin qonaqları var…
Mən müştərinin nəyinə lazmdır bankın prezidentinin qonaqları var…
Nəhayət 2 saatdan sonra aşağı mərtəbəyə rəsmi məktub gəldi ki, mənim banka borcum yoxdur.
Mən həyatımda ilk dəfə müştəriyə olan münasibətin ən rəzil formasını Yapı Kredi bankda gördüm.
Aradan bir neçə il keçəndən sonra mediada bankın jurnalist Pərviz Əzimovun başına açdığı oyunları oxuyanda bir də o günlərə qayıtdım.
Yeri gəlmişkən, bankla bağlı yazılanlara münasibət bildirən “Yapı Kredi Bank”ın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Heydər İsmayılov 365info.az-ın müxbirinə bildirib ki: “Bankımızın loqosundakı qoç buynuzlarına diqqət edin, araşdırın, görün bu bankın sahibi kimdir…”.
Görəsən, qoç buynuzlarının Azərbaycan mediasındakı yazılara nə dəxli var..?
Bəlkə “Yapı Kredi Bank” azad Azərbaycan mediasına buynuz göstərmək istəyir..?
“Yapı Kredi Bank”ın rəhbəri unutmasın ki, azad və müstəqil Azərbaycan mediasının təminatçısı Azərbaycan dövləti və bu dövlətin rəhbəri İlham Əliyev cənablarıdır. Ona görə də Azərbaycan mediasına buynuz göstərməyə ehtiyac yoxdur.
Biz bir media orqanı olaraq Azərbaycanda fəaliyyət göstərən hər bir qurumla qarşılıqlı maraq müstəvisində əməkdaşlıq etməyə hazırıq.

LEGİON.AZ

Şərhlər

XƏBƏR LENTİ