SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Vahid Əhmədovdan Beynəlxalq Bankla bağlı hökumətə çağırış

Vahid Əhmədovdan Beynəlxalq Bankla bağlı hökumətə çağırış

Tarix:

25-05-2017, 14:55

/ 136 680 dəfə oxundu.
Vahid Əhmədovdan Beynəlxalq Bankla bağlı hökumətə çağırış

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2016-cı il üçün dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və dövlət büdcəsinin icrasına dair illik hesabatın müzakirəsi zamanı millət vəkili Vahid Əhmədov Azərbaycan Beynəlxalq Bankında yaranan problemlərlə bağlı məsələni qaldırıb

Deputat Vahid Əhmədov hökumətdən, o cümlədən iclasda iştirak edən maliyyə nazirinin müavini Azər Bayramovdan Azərbaycan Beynəlxalq Bankının yaratdığı problemlərlə bağlı məntiqli izah verilməsini istəyib.

İclasda V.Əhmədov nazir müavininə banklarda nağdlaşma ilə bağlı yaranan problemlər barədə sual ünvanlayıb.

Maliyyə nazirinin müavini Azər Bayramov isə vahid Əhmədova cavabında deyib ki, Azərbaycan Beynəlxalq Bankı rəhbərliyi tərəfindən ictimaiyyətə verilən açıqlamalarda izahlar kifayət qədər öz əksini tapıb:

“Əhalinin əmanətləri ilə bağlı da heç bir problem yoxdur. Biz Bankın rəhbərliyi ilə mütəmadi əlaqələr saxlayırıq. Əhali öz əmanətini istədiyi zaman gedib götürə biluir. Bununla bağlı heç bir problem yoxdur. Yalnız xaricdən daxil olan investisiyalarla bağlı dondurulub. Əhalinin əmanətlərini banklardan götürməsi ilə bağlı heç bir problem yoxdur”.

Nazir müavini əlavə edib ki, vəsaitlərin banklardan çıxarılması ilə bağlı Milli Məclisdə müəyyən əlavə və dəyişiklik edilib.

Şərhlər

XƏBƏR LENTİ