yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Hökumət əməkhaqqı ilə bağlı dəyişiklik etdi - Bu ərazilərdə işləyənlər daha çox pul alacaq

Hökumət əməkhaqqı ilə bağlı dəyişiklik etdi - Bu ərazilərdə işləyənlər daha çox pul alacaq
19-05-2017, 13:31 121 699 dəfə baxılıb
yüklənir...

Baş nazirin birinci müavini Yaqub Eyyubov "Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əməkhaqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” qərara əlavələr edib.
Qərara əsasən "Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək və 2000 metrdən artıq yüksəklikdə yerləşən yaşayış məntəqələrinin Siyahısı”nın "1500 metrdən 2000 metrədək” sütununun "Goranboy rayonu” bölməsinə "Buzluq k.” sətrindən sonra "Yuxarı Ağcakənd kəndi” sətri əlavə edilib.
"Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1200 metrdən 1500 metrədək yüksəklikdə yerləşən yaşayış məntəqələrinin Siyahısı” üzrə isə "Goranboy rayonu” bölməsinə "Rus Borisi k.” sətrindən sonra "Erkeç kəndi”, "Mənəşli kəndi” və "Todan kəndi” sətirləri, "Quba rayonu” bölməsinə "Muçu kəndi” sətrindən sonra "Afurca kəndi”, "Atuc kəndi”, "Güləzi kəndi”, "Dalaqo kəndi”, "Ruçuq kəndi”, "Ördüc kəndi” və "Xırt kəndi” sətirləri, "Göygöl rayonu” bölməsinə "Qarabulaq kəndi” sətrindən sonra "Quşçu kəndi” sətri əlavə edilib.

"Yardımlı rayonu” bölməsində "Daşkənd k.” sözləri "Yardımlı şəhər ərazisinin Daşkənd hissəsi” sözləri ilə əvəz edilib.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: emekhaqqi, Bu, daha, erazilerde, , alacaq, pul, ishleyenler, deyishiklik, bagli, chox, etdi, Hokumet, ile
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

21-07-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ